reklam
Regionxeberlericom.az » Gündəm » DƏRMAN MAFİYASI iş başında... - NARAZILIQ VAR...

reklam

DƏRMAN MAFİYASI iş başında... - NARAZILIQ VAR...
















“Şəkərli diabetdən əziyyət çəkən xəstələrə dərmanların, o cümlədən qanda şəkərin ölçülməsi üçün test çubuqlarının verilməsində çətinliklər yaranır. Bəzən poliklinikaların qarşısında saatlarla növbə gözləməli oluruq”.

RegionXəbərləricom.az bildirir ki, bunu Meydan TV-yə şəkərli diabet xəstəsi İlhamə Mehdiyeva bildirib. Onun sözlərinə görə, son vaxtlar bəzən günlərlə xüsusilə şəkər ölçən test çubuqlardan ala bilmirlər:

“Həkimlər deyirlər ki, onlarda günah yoxdur, dərman və preparatları çatdırılan kimi paylayırlar. Başa düşmürlər ki, xəstələr bu dərman və testlərin hesabına yaşayırlar. Hər sahədə olduğu kimi dərmanları almaq üçün də tanış tapmaq lazımdır? Axı, çoxunun bu dərmanı, testləri almağa imkanı yoxdur. Aptekdəki qiymətləri hamı bilir”.

Diabetdən əziyyət çəkən başqa bir vətəndaş Meydan TV-yə danışıb ki, şəkərölçən aparat veriblər. Cihaz 20-30 mol ya əskik, ya da artıq ölçür. Bu isə ciddi məsələdir. Bundan əlavə, məsələn, Cəlilabadda dərman və aparatların verilməsində xeyli vaxtdır problem var. Kim qarşıya düşsə, ya şansı gətirsə, dərmanı vaxtında ala bilir. Bəzən də lazım olan insulini kəsirlə ala bilirlər.

TƏBİB-dən isə Meydan TV-nin sorğusuna cavab olaraq bildiriblər ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”nın və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında 13 may 2005-ci il tarixli, Nazirlər Kabinetinin 87 nömrəli qərarına əsasən insulin və digər şəkərsalıcı dərman preparatları ilə təminat hər ay həyata keçirilir. Qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlar isə 3-4 ayda bir verilir.

Bu ilin birinci yarısınada şəkərli diabet xəstəliyi reyestrində 284 min 656 xəstə qeydiyyatda olub. TƏBİB-dən biliriblər ki, onlar dövlət proqramı çərçivəsində müvafiq tibbi xidmətlə və mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar. Bu ilin birinci yarısında 4 min 839 yeni xəstə qeydiyyata alınıb.




Paylaş:


Müəllif : Tarix:
24-10-2023, 09:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər