“Lotu Quli”nin qətli ilə bağlı məhkəmə prosesi: Lənkəranskinin qardaşı hələ də axtarılır
Türkiyədə prokuror “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətlində təqsirləndirilən Azərbaycan əsilli 8 nəfərin - Xaqan Zeynalovun, Əmir Həmidlinin, Əli Mövlamlının, Camal Həsənovun, Cəfər Əlizadənin, Xanımnisa Məmmədovanın, Namiq Caniyevin, Rəsul Həsənovun, Ümid Nəcəfovun, Cəmil Keleş, Erkan Aşan və vəkil Nürsen Arasoğlunun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Cinayət işinə Antalya şəhərindəki Manaqvat Ağır Cinayətlər Məhkəməsində baxılır. Prokuror bu günkü prosesdə çıxış edib.
Bildirilib ki, Ə.Mövlamlı, R.Həsənov, Ü.Nəcəfov, C.Kələş, E.Aşan və N.Arasoğlu saxlanılıb. C.Həsənov, C.Əlizadə, X.Məmmədova, N.Caniyev haqqında isə beynəlxalq axtarış elan olunub.
Xatırladaq ki, "Lotu Quli" ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə güllələnərək qətlə yetirilib. O, başından 4 güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb./Report
Paylaş:
Müəllif : Fuad
Tarix:24-10-2023, 20:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər