reklam
Regionxeberlericom.az » Gündəm » Hökumət istehlakçı hüquqlarını necə pozur? “Azəristiliktəchizat” NK-ın istilik qiymətlərini artırdığını bildirir

reklam

Hökumət istehlakçı hüquqlarını necə pozur? “Azəristiliktəchizat” NK-ın istilik qiymətlərini artırdığını bildirir












Ortalıq 20 günə istilik xətti olan binaların qızdırılmasına başlanacaq. Artıq çoxmənzilli binaların giriş qapısına mənzillərin qızdırılmasına cavabdeh qurumun xəbərdarlıq elanları asılıb. Çoxu, bu elanlara fikir vermir, sadəcə 15 noyabrdan istilik veriləcəyi ilə bağlı xəbərdarlıq edilməsini güman edirlər. Amma...

“Azəristiliktəchizat” bildirir ki, Nazirlər Kabinetinin 05.09.2023-cü il tarixli 303 saylı qərarı ilə istilik qiymətləri mənzilin ÜMUMİ SAHƏSİNƏ əsasən hesablanacaq. Xidmət qurumu bununla bağlı sakinlərdən müqavilə bağlamağa şərait yaradılmasını xahiş edir. Maraqlıdır, bəs indiyədək istilik xidməti müqaviləsiz xidmət göstərirdi? Daha maraqlısı odur ki, istilik qiymətlərini , digər kommunal və s. xidmətlərdə olduğu kimi Tarif Şurası müəyyən edir, NK-nın istilik qiymətini qaldırıb-endirmək səlahiyyəti yoxdur. Görünür, ya NK çaşıb istehlakçı hüquqlarını pozub, indiyədək yaşayış sahəsinə görə ödənilən qiymətin ümumi sahəyə görə ödənilməsini qərara alıb. Ümumi sahə isə yaşayış sahəsindən, ən azı, 1,5-3 dəfə çoxdur. Belə çıxır, hökumət-NK istilik qiymətlərini gizlincə, “incə ustalıqla” 1,5-3 dəfə artırıb? Bəs Tarif Şurası, bəs istehlakçıların hüquqlarının müdafiəsi necə olsun? Şuranın da, istehlakçı hüquqların müdafiəsinin də başında İqtisadiyyat Nazirliyi dayanır. Yenə də istehlakçı hüquqlarını Tarif Şurasının qiymət artımından aşağıda tutacaq?

NK-nın 05.09.2023-cü il tarixli, 303 saylı qərarında istilik sayğaclarının binanın girişində quraşdırılan mənzillərin ümumi sahələrinə əsasən Tarif Şurasının müəyyən etdiyi qiymətlərlə hesablanmalı olması vurğulanıb. Tarif Şurasının istilik qiymətləri haqqında qərarında isə yaşayış sahəsinin kvadrat metrinə görə 0,15 manat haqq nəzərdə tutulub.

İndi söz Tarif Şurasındadır, ya qərarını dəyişib qiyməti qaldırmalıdır , ya da NK-nın “çaşqınlığını” düzəltməlidir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarını qorumaq görəvini yerinə yetirəcəkmi, axırı ? Görək, hökumət əhalini düşünəcək, yoxsa məmurların cibini?

Məğrur Bədəlsoy





Paylaş:


Müəllif : Tarix:
26-10-2023, 08:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər