Nərimanov "vaenkomat"-ında BAZAR əhvalı: SHXÇDX-nin Nərimanov rayon idarəsi çağrışçını hərbi xidmətdən yayındırır?- FOTO/ VİDEO
Hal hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə və şöbələrində atılan addımlar hər kəsin daha çox nəzər-diqqətini cəlb edir desək, heç də yanılmarıq. Buna əsas səbəb, bu gün də Azərbaycanın təcavüzkar Ermənistan dövləti ilə müharibə şəraitində olması və Silahlı Qüvvələrimizin təkmilləşdirilməsi yöndə lazımi işlərin görülməsidir. Belə bir səbəblər üzündəndir ki, istər paytaxt Bakı şəhəri ərazisində, istərsə də digər şəhər və rayonlardakı idarələrdə, şöbələrdə yaşanan olaylar müəyyən çevrələrdə gündəlik müzakirə olunur, qol qoyulan qanunsuzluq əməlləri KİV nümayəndələri tərəfindən daim ictimailəşdirilir.
Söz yox ki, baş verən qanunsuzluqlarla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müəyyən addımlar atılır və yeri gəldikdə bəzi vəzifə sahiblərinə qarşı lazımi cəza tədbirləri də görülür. Hal-hazırda fəaliyyəti müəyyən çevrələrdə ictimai müzakirələrə səbəb olan idarələrdən biri də, SHXÇDX-nin Nərimanov rayon idarəsinin olduğu bildirilir. Düzdür, həqiqət naminə qeyd edək ki, deryaz.az saytının redaksiyasına Nərimanov rayon idarəsi istisna olsa da, indiyə kimi digər idarə və şöbələrdə baş verən ciddi qanun pozuntuları ilə bağlı xeyli məlumatlar, çoxsaylı vətəndaş müraciətləri və s. daxil olub.
Bu günlərdə isə redaksiyamıza Bakı şəhəri, Nərimanov rayonu, ev-36, mən-34 ünvanında yaşayan Rzayeva Minaxanım Balaca qızı tərəfindən video-müraciət daxil olub. Adı çəkilən bu xanım təqdim etdiyi video-müraciətində qeyd edir ki, “Nəvəm Həsənzadə Hüseyn Zaur oğlunun həqiqi hərbi xidmətə çağırış yaşı çatdığı üçün o, ilk əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsi tərəfindən tibbi müayinədən keçirildi və onda heç bir problemin olmadığı bildirildi. Belə bir səbəbdən də ona 23 oktyabr 2023-cü il tarixdə hərbi xidmətə getmək haqda çağırış vərəqəsi verildi, hətta Hüseyn Həsənzadəyə məxsus mobil telefona “N” saylı hərbi hissəyə düşməsi barədə “SMS” də gəldi. Elə ki, 23 oktyabrda SHXÇDX-nin Nərimanov rayon idarəsində olduq, o halda nəvəmi hərbi xidmətə deyil, məhz bu idarənin rəisi polkovnik Aqşin Əliyevin verdiyi tapşırıqlar əsasında təkrar müayinəyə göndərdilər. Müayinə zamanı həkimlər nəvəmin sol gözünə maye halında dərman tökdülər, az sonra isə bildirdilər ki, “Hüseyn Həsənzadənin gözündə problem var”. Bir sözlə, belə bir oyundan başımız çıxmadı. SHXÇDX-də təkrar müayinədən sonra nəvəmə 6 ay müddətinə möhlət vaxtı verdilər. Baxmayaraq, bir müddət bundan öncə Hüseyn Həsənzadə Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitunda gözündən müayinə olunmuşdu və ona hərhansı problemin olmadığı haqda rəsmi sənəd də verilmişdi.
Belə bir olaylardan sonra ortaya düşündürücü suallar çıxır ki, əgər nəvəmin gözündə problem var idisə, nəyə görə çağırış vərəqəsi verilməzdən öncə, Nərimanov rayon idarəsində həkim müayinəsi zamanı onun gözündə problem aşkar olunmur? Hətta, ona 23 oktyabr 2023-cü il tarixdə həqiqi hərbi xidmətə getmək haqqında çağırış vərəqəsi də verilir? Bundan əlavə, Hüseyinə həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət yeri haqqında məlumat, yəni -“SMS” də gəlir.
Qeyd edim ki, 26 oktyabr 2023-cü il tarixdə Hüseyn Həsənzadəni Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-tibb baş idarəsində təkrar tibbi müayinədək keçirdik, o halda bir daha bəlli oldu ki, nəvəm hərbi xidmətə tam yararlıdır.”.
Söz yox ki, deryaz.az saytı olaraq Minaxanım Rzayevanın redaksiyamıza təqdim etdiyi video-müraciəti əsas tutaraq Nərimanov rayon idarəsi ilə əlaqə saxladıq və qarşı tərəf olaraq qeyd olunan olaylara münasibət bildirmələrini xahiş etdik. O halda qarşı tərəfdən “Biz ünvanlanan suallara cavab vermək səlahiyyətində deyilik, siz baş idarə ilə əlaqə saxlayın” deyə cavab verildi.
Bəli, belə bir cavabdan sonra SHXÇDX ilə əlaqə saxlayıb problemlərin varlığını bu dövlət qurumunda rəhbər vəzifə sahibi olan şəxslərin diqqətinə çatdırdıq. Təəssüflər olsun ki, ötən gün ərzində SHXÇDX-dən bir kimsə məsələlərə münasibət bildirmədi. Belə bir səbəbdən də, daxil olan video-müraciətdə qeyd olunan problemlərin, çatdırılan məlumatların operativliyini əsas tutaraq, əməkdaşımızın hazırladığı yazını bitərfli qaydada yayımlamağa məcbur olduq. Ümidvarıq ki, SHXÇDX –nin rəisi cənab Mürsəl İbrahimov Minaxanım Rzayevanın üzüzə qaldığı problemin araşdırılması yöndə aidiyyəti üzrə lazımi tapşırıqlarını verəcək. Qarşı tərəfin mövqeyini bir daha dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.
Deryaz.az
Paylaş:
Müəllif : Fuad
Tarix:28-10-2023, 11:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər