reklam
Regionxeberlericom.az » Gündəm » Cəlilabadda 5 nömrəli uşaq bağçasının binası satılıb - İDDİA

reklam

Cəlilabadda 5 nömrəli uşaq bağçasının binası satılıb - İDDİA









Məlumat üçün bildirək ki, Cəlilabad rayonunda 2015-ci ilin Dekabr ayının 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabad şəhər 5 nömrəli körpələr evi-uşaq bağçası üçün inşa edilmiş yeni ikimərtəbəli bina istifadəyə verilib.

"DogruXeber.az" xəbər verir ki, həmin tarixdə istifadəyə verilən bağçada 16 otaqdan ibarət olan binada balacaların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb.

Təşkil olunmuş 4 qrupun hər birinin məşğələ, oyun, gimnastika zalları, kompyuter, yataq otaqları və yeməkxa ilə təmin olunub.








Lakin sonradan, təxminən 2020-ci ildən baxçanın yerləşdiyi binanın ikinci mərtəbəsi, yəni nəzərdə tutulmuş 16 otağın 8-i rayonda fəaliyyət göstərən hazırlıq kurslarında birinə icarə verilib.

Saytımıza müraciət edən rayon sakinləri bildirib ki, artıq 5 saylı uşaq baxçası qeyd olunan binada fəaliyyət göstərmir, baxçanın binası bütöv şəkildə hazırlıq kursuna verilib.

Mənbə qeyd edir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən baxça başqa bir sahibkara satılıb.

Hal hazırda Cəlilabad şəhər 5 nömrəli körpələr evi-uşaq bağçası rayonun başqa bir ünvanında köhnə bir tikilidə fəaliyyət göstərir

Marağlıdır kifayət qədər strateji olan bir əmlakı kimlər və hansı məqsəd üçün satıb?

Mövzuya qayıdacağıq.





Paylaş:


Müəllif : Tarix:
6-11-2023, 09:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər