Gədəbəydə Şəhid ailəsi İNCİDİLİR - MÜRACİƏT
Gədəbəy rayon sakini Məmmədova Reyhan Namazalı qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi rəsmi qurumlar tərəfindən şəhidlərin “köhnə” və “təzə”yə ayrılmasından narazıdır:
“Mən, Məmmədova Reyhan Namazalı qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Həyat yoldaşım Məmmədov Bayram Süleyman oğlu 1992-ci ildə şəhid olmuşdur. O vaxtdan hələ də biz evlə təmin olunmamışıq. Nə vaxt müraciət etsək, bizə bildirirlər ki, II Qarabağ müharibəsində şəhid olmuş və yaxudda qazi olanlara ev verilib yekunlaşdıqdan sonra sizə də veriləcək.
Mən dəfələrlə xahiş etmişəm ki, prezidentin fərmanını göstərin, belə bir qanun olduğunu bilim. Şəhidin “köhnə”si, “təzə”si olmur. Deyirəm ki, illərdir gözləyirəm, növbəm çatmayıb. Mənə cavab verirlər ki, heç çatası da deyil. Hələ bizə şəhid ailəsi kimi bir yerdən kömək olmayıb.
Şəhid ailəsi olaraq eşitmək istəmirəm ki, mənə desinlər, sənin şəhidin “köhnə”dir, “təzə”lərə ev verilir. Dövlətdən ev almaq mənim də haqqımdır”. //“Hürriyyət”//
Paylaş:
Müəllif : Yazar
Tarix:7-11-2023, 09:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər