Qazaxıstanda keçmiş nazir iki ay müddətinə həbs edildi
Astananın ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin iki aylıq həbsinə icazə verib.
Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
“Noyabrın 11-də Astana şəhərinin ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi Qazaxıstanın Cinayət-Prosessual Məcəlləsinə əsasən şübhəli şəxs Kuandıq Bişimbayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə icazə verib”, - məlumatda deyilir.
Hüquq-mühafizə orqanları sabiq milli iqtisadiyyat nazirinin nədə şübhəli bilindiyi barədə hələlik məlumat verməyib.
Qeyd edək ki, noyabrın 9-da bir neçə Qazaxıstan KİV-i döyülərək dünyasını dəyişən həyat yoldaşının ölümü ilə bağlı Bişimbayevin saxlanılması barədə məlumat yayıb. Polisin məlumatına görə, Astanada restoranların birində ziyarətçilər arasında mübahisə baş verib, nəticədə bir qadın aldığı xəsarətlərdən ölüb. İş “Qətl” maddəsi ilə araşdırılır, lakin polis bu işdə iştirak edənlərin adlarını açıqlamır.
Bişimbayev 2016-cı ilin may ayından dekabr ayına qədər Qazaxıstanın milli iqtisadiyyat naziri vəzifəsində çalışıb. 2018-ci ilin martında məhkəmə Bişimbayevi ömürlük dövlət qulluğunda rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edib. O, rüşvət almaqda və əmlak oğurlamaqda təqsirli bilinib. 2019-cu ilin oktyabrında Çimkent şəhər məhkəməsi Bişimbayevin şərti azadlığa buraxılması barədə qərar çıxarıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-11-2023, 11:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər