reklam
Regionxeberlericom.az » Gündəm » Zaqatalalı iş adamı Vilayət Eyvazova müraciət etdi

reklam

Zaqatalalı iş adamı Vilayət Eyvazova müraciət etdi



regionxeberlericom.az-a məktub göndərən Zaqatala rayonunda fəaliyyət göstərən “Ləzzət” MMC-nin kollektivi və direktoru Hacıbəy İsak oğlu Zakatalski mətbuat vasitəsi ilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət ünvanlayır.

"Cənab Nazir mənim 72 (yetmiş iki) yaşım var. II (ikinci) qrup əliləm ölkəmizdə 1987-ci ildən ilk sahibkarlardan biriyəm. İxtixasım tütünçüdür. Ölkəmizdə şöhrət tapan xeyriyəçiyəm. Hörmətli nazir 32 (otuz iki) illik sahibkarlıq fəaliyyətimdə çox haqsızlıqla üzləşmişəm. Ancaq 2004-cü (iki min dördüncü) ildən sonra başıma gələn haqsızlıqlar, fəlakətlər və dövlət məmurları tərəfindən mənə və mənim şəxsi əmlakıma qarşı törədilən cinayət tərkibli xüsusən rüşvət vermədiyimə görə törədilən qanunsuz həqiqətə uyğun olmayan əməllər heç vaxt unudulmaz həm də bağışlanılmazdır.

Siz Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilən gündən belə fikirləşdim ki, axır ki, Azərbaycan Respublikasının daxili işlər nazirliyi nazir vəzifəsinə layiqli şəxsiyyəti tapdı. Sizə uzun ömür can sağlığı və işinizdə müvəffəqiyyətlər arzulayıram. Biz artıq inanırıq Azərbaycanda və xüsusən Zaqatalada törədilən cinayətlər dövlət məmurları və polis orqanları üçün gəlir mənbəyi olmayacaqdır.

Hörmətli nazir məni şərləyərək böhtanla 2008-ci ildə 6 (altı) il müddətinə azadlıqdan məhrum etdilər. Səbəb o idi ki Ekologiya və təbii sərvətlər nazirliyinin meşə departamentinin keşmiş rəisi Rövşən Cəlilova rüşvət vermirdim. O da mənimlə icarə müqaviləsi bağlamırdı. Digər səbəb mən milli məclisdə deputatlığa namizədliyimi

vermişdim. Rayonumuzun o dövrdəki icra başçısı Asif Əskərov, o dövrdəki prokuror vasitəsi ilə xəbər göndərdi ki, Rizvan Vahabovun xeyrinə namizədliyi geri götürüm. Məndə namizədliyi geri götürmədim. Rövşən Cəlilovla Asif Əskərov birləşərək şərəfsizlərin köməyi ilə məni şərləyərək böhtanla həqiqətə uyğun olmayan dəlillərlə məni azadlıqdan məhrum etdilər. Güya mən Car – Balakən dövləti yaradıram. Evimdən guya silah anbarı aşkar olunub.

Mən ittiham aktını oxuyanda orada o qədər silahın adı vardı ki, bəlkədə müdafiə nazirliyinin anbarında o qədər silah adı olmazdı. Mən bildirdim mən hökumət çevrilişi edən deyiləm. Mənim qoşunum yoxdur. Mənim partiyam Yeni Azərbaycan partiyasıdır. Mən restoran işlədəmən. Kabab satanam, dünyanın ən axmaq adamı olan cəbhəçi deyiləm. Xeyri olmadı həyatımı rüşvət vermədiyimə görə ləkələdilər. Hörmətli nazir mən azadlığa çıxandan sonra yenidən “Ləzzət” istirahət mərkəzində işə başladım. Tutuluncaq əvvəl ofisimdə 6000 (altı min) manat pul gizlətmişdim. Azadlığa çıxandan sonra gəlib baxdım pul yoxdur. Sonradan məlum oldu ki, “Ləzzət” istirahət mərkəzinin administratoru Xəlilov Adil Əsədullah oğlu göyəm kənd sakini ofisi eşəliyərkən pulu tapıb. Onu görən iki nəfər ofisiyanta da pay verib heç kəsə deməsinlər deyə. Ofisiyantın biri ona verilən pul payı ilə evə gedəndə ata-anası acıqlanıb və ona verilən pul payını gətirib mənim həyat yoldaşıma verib. Beləliklə sirrin üstü açılıb.

Mən Zaqatala rayon prokurorluğuna Adil Xəlilov Əsədulla oğlunun mənə məxsus iş otağımdan 6000 (altı min) manat pulun oğurlanması barədə şikayət ərizəsi verdim. Zaqatala rayon prokuroru Əli Abdulayev mənim şikayət ərizəmi aidiyyatı üzrə yoxlanılıb araşdırılması üçün 18.04.2016-cı ildə № 47C-16 nömrəli məktubla Zaqatala rayon polis şöbəsinə pul tələbi ilə işi araşdırmaq üçün təhqiqat şöbəsinə verdi. Təhqiqat şöbəsinin müdiri Şöhrət Əhmədov işi araşdırmağa başlayır. Adil Xəlilovu dəvət edir. Mənimlə üzləşdirir, Adil hər şeyi boynuna alır. Necə olduğunu danışır. Adil Xəlilov tezliklə 4000 AZN (dörd min) ödəyəcəyini bildirir. 4000 ona görə ki, o ofisimdə 6000 (altı min) AZN yox 5000 (beş min) AZN olub 1000 (min) manatı oğlum İbrahimə verib. Mən də onun sözü ilə razılaşdım.

Təhqiqat şöbəsinin müdiri tez-tez “Ləzzət” istirahət mərkəzinə gələrək nahar və şam yeməyi yerirdi. Mən də hər dəfə ondan soruşurdum. Bizim işimiz nə yerdədir. O da kətə yeyə-yeyə deyirdi nə dadlı kətədir. Mən dedim kətəni soruşmuram deyirəm bizim pul tələbi ilə olan işi. Hə yaxınlarda həll olunacaq. Mən Adil Xəlilovdan və başqa ünvanlardan öyrəndim. İkinici ofisyanta verən pulu təhqiqat şöbəsinin müdiri Şöhrət müəllimə Moskvadan göndəriblər. Adil Xəlilovda qalan pulu Şöhrətə veriblər. Ancaq Şöhrət mənə bildirdi ki, bu yaxınlarda hər şeyi gətirəcəklər. Axır vaxtlarda Şöhrət mənim rəhbərlik etdiyim “Ləzzət” istirahət mərkəzinə də gəlmirdi. Bir dəfə əməliyyat şöbəsinin rəhbəri Niyazi müəllimə, bir dəfə də əməliyyatçı Şahid müəllimə Şöhrətin qanunsuz hərəkətləri barədə dedim onlar da reaksiya vermədilər. İndi də sizə müraciət edirəm. Mənim halal pulumu 4000 (dörd min) manatı Şöhrətdən alınıb mənə verilmnəsinə kömək edəsiniz. Mən qocaman sahibkar Azərbaycan vətəndaşıyam.

Bu hadisədən sonra mən, mənə məxsus Zaqatala rayonunun Qəbizdərə kəndi yaxınlığındakı “Şəlalə” istirahət mərkəzində oğurluqla bağlı Prokurorluğa və Polis şöbəsinə şikayət ərizəsi verdim. 25 iyul 2017-ci ildə Zaqatala rayon polis şöbəsinə verdiyim şikayət ərizəsini araşdırmaq üçün təhqiqat şöbəsinin müdiri Şöhrət Əhmədova vedilər. Şöbənin əməkdaşı ilə oğurlanan turbaların yerinə baxış keçirdik, oğurlanan “paslanmaz” materialdan olan su çənin yerinə baxdıq. Bir neçə gündən Şöhrət gəldi “Ləzzət” istirahət mərkəzinin restoranına yenə yaxşı kətədən yeyəndən sonra Şöhrət mənə gülə-gülə dedi: Gəlsənə sən Məmmədov Ramazan Məmməd oğlu meşəbəyi oğurlayıb deyən kivi talvarı altında olan turbaları mənə bağışlayasan. Sənin orda onsuzda çox şeyi oğurlayıblar. Mən dedim ki, Şöhrət sən hələdə mənim Adil Xəlilovdan pulumu alıb verməmisən. İndi də turbaları istəyirsən. O mənə dedi onsuzda meşəbəy Ramazan Məmməd oğlu sənə heç nə qaytaran deyil. Zaqatala meşə idarəsini o dövrki rəisi Sərxan Əliyev qondarma olsa Azərbaycan dövlətinin adından çıxarılan qətnaməyə əsaslanaraq “Şəlalə” istirahət mərkəzini talan edib. Ramazan Məmmədov meşəbəyi də Sərxan deyəni edib. Mən dedim mən sənə turba bağışlayan deyiləm. Mənə siz araşdıran iş barədə qərarı verin. Şöhrət yenə hər həftə “Ləzzətə” gəlib mənə ağlına nə gəlsə danışıb gedirdi.

Bir gün mən Prokuror Əli müəllimin yanına getdim. Əli müəllim məndən soruşdu. Sənin “Şəlalə” iştirahət mərkəzi ilə bağlı iş necə qurtardı. Mən Əli müəllimə dedim: “Şöhrət deyir iş gedir qurtaranda sənə xəbər edərəm”. Əli müəllim polis rəisinə telefonla zəng vurdu. Polis rəisi Adil Ələkbərov bildirdi ki Hacıbəyin Qəbizdərə kənd yaxınlığındakı “Şəlalə” istirahət mərkəzindəki oğurluq barədə cinayət işi 5 (beş) avqust 2017-ci ildə bağlanıb, rədd edilib. Hacıbəy gəlsin biz qərarın təkrar surətini verərik. Mən rəisə bildirdim poçt vasitəsi ilə mənə niyə qərarın surətini göndərməmisiz. O bildirdi biz poçt vasitəsi ilə xəbərnamə ilə heç kəsə heç nə göndərmirik. Onda siz nəvaxt poçta qərarı göndərmisiz. Ayın tarixi nə vaxt poçt qəbul edib. Azərbaycan dövlətinin poçtundan hər şey günün tarixi ilə qeyd olunur. Mən həmin arayışı istəyirəm. Aldığım məlumata görə qəsdən qərarı mənə göndərməyi gecikdirib. Mən Acınohur qışlağında idim. “Ləzzət” istirahət mərkəzindən işçim mənə zəng vurub bildirdi polisdən Şöhrət adlı bir mayor gəlib mənə bir sənəd verir deyir Hacıbəyə verərsən. Mən deyirəm sənədin arxasına yaz ayın tarixini, saatı və qol çək. O məni hədələdi və sənədi də götürürb getdi. Mən də dedim yaxşı elədin. 5 (beş) avqust 2017-ci ildə rədd edilən qərarın surətini mənə polis rəisinin otağında 14 fevral 2018-ci ldə verdilər. Mən qərarı oxudum. Gördüm mənim şikayət ərizəmə aid heç nə yoxdur. Meşə bəyi Ramazanla ortaq məxrəcə gələrək qərar veriblər. Polis rəisidə heç nəyə reaksiya vermədi.

Hörmətli nazir, cənab Vilayət Eyvazov bu gün olkəmizdə, Prezidentimizdə, nazirlərdə, hər bir vəzifədə işləyən xalqımızın qeyrətli övladları deyirlər “Biz Azərbaycan vətəndaşına xidmət edirik” Mərhum Preezidentimiz, Ulu öndər cənab H.Əliyev kooperativlərin inkişafına və dövlət tərəfindən qorunmasına verdiyi sərəncamlardan biridə Azərbaycan dövlətində koolperativ əmlakı toxunulmazdır sərəncamıdır.

01 aprel 2019-cu il tarixdə dünya şöhrətli 1987-ci ildən fəşaliyyət göstərən ilk sahibkarlıq müəssisəsi olan “Ləzzət” ailəvi istirahət mərkəzinə
qəstən 4 (dörd) müştəri oturan otağa 5 (beş) müştəri yataq kotecinə od vurdular. Səhər 7 (yeddi) radərində. Zəndimizcə 15 (on beş) il bizimlə mənasiz, rüşvət vermədiyimizə görə ədavət aparan ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşlarının göstərişi ilə yanğın torətmişlər. Bu günə kimi yanğın barədə heç nə araşdlrılmayıb. Aidiyyatı üzrə heç kəs narahat deyil. Yan ğın törədənləri axtarmaq niyətləri də yoxdur. Ancaq belə deyə biərik dövlətimizdə fövqəladə hallar nazirliyi nədə xalqa canı yanan polis şöbələri var. Ümid edirik indidən sonra hər şey qaydasında olacaq. Bir daha xahiş edirik ki, bizə qarşı torəsilən haqsızlıqları araşdırasınız. Əgər bizim dediklərimiz yalan olarsa şəxsən mənə Hacıbəy Zakatalskiyə ömürlük həbs cəzası verin.

Cənab Nazir biz Allahdan və birdə sizədən kömək diləyirik.

regionxeberlericom.az

 


Paylaş:


Müəllif : Tarix:
4-09-2019, 00:33
Sikayət   


loading...
Загрузка...