Fransa məhkəməsi Bəşər Əsədin həbsinə order verdi – AFP
Fransa məhkəməsi Suriya Prezidenti Bəşər Əsədin 2013-cü ildə kimyəvi silahdan istifadə etmək ittihamı ilə həbsinə order verib.
Bu barədə AFP mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, kimyəvi silahdan istifadə ilə bağlı ümumilikdə dörd həbs qərarı çıxarılıb. Suriya lideri ilə yanaşı, Suriya Respublika Qvardiyasının (Suriya hakimiyyətini qorumaq üçün nəzərdə tutulmuş elit hərbi birləşmə) komandiri olan qardaşı Maher Əsədə və adları açıqlanmayan daha iki generala qarşı ittihamlar irəli sürülüb.
Qeyd olunanların hər birı insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində iştirakda ittiham olunub. Dəməşq hələlik Əsədə qarşı həbs qərarına münasibət bildirməyib.
Qeyd edək ki, Suriyada kimyəvi maddələrin istifadəsi ilə bağlı ilk xəbərlər 23 dekabr 2012-ci ildə ortaya çıxıb. Daha sonra Suriya müxalifətinin bildirdiyinə görə, Homsa-əl-Bayda şəhərinin ətrafında hökumət qüvvələrinin kimyəvi hücumu nəticəsində 6 nəfər həlak olub.
2013-cü ilin iyulunda BMT-nin Yaxın Şərq üzrə xüsusi koordinatoru Robert Serri BMT Katibliyinin Suriyada kimyəvi silahdan istifadə ilə bağlı 13 məlumat aldığını bildirib.
Bir ay sonra Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) ekspertləri daha beş hadisəni təsdiqləyiblər ki, bunlardan ən faciəlisi 2013-cü il avqustun 21-də əhalinin sıx məskunlaşdığı Dəməşq ətrafındakı Şərqi Qutada baş verib. Belə ki, içərisində zarin qazı olan mərmilər yüzlərlə uşaq da daxil olmaqla 300-1700 nəfərin həyatına son qoyub.
“Sərhədsiz Həkimlər” təşkilatı isə qurbanların ümumi sayının 3,5 min nəfərə çatdığını bildirib. Ancaq həm Suriya hakimiyyəti, həm də müxalifət kimyəvi silahdan istifadə ittihamlarını rədd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-11-2023, 14:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər