reklam
Regionxeberlericom.az » Gündəm » Naxçıvanda cinayətdə ittiham edilən baş həkim istefa verərək ölkəni tərk etdi...

reklam

Naxçıvanda cinayətdə ittiham edilən baş həkim istefa verərək ölkəni tərk etdi...

















Naxçıvan Perinetal Məkəzin (keçmiş Doğum Mərkəzi) yeni təyin olunan baş həkimi Kifayət Məmmədova istefa ərzəsi yazıb, Türkiyəyə keçib. Onun mərkəzin direktoru Ülkər Bayramova və həkim Nəzakət Gülməmmədova ilə mübahisədən sonra bu addımı atdığı bildirilir. Bu haqda „Gündəlik Naxçıvan”a mərkəzdəki mənbələr məlumat verib.

Mübahisə isə, mərkəzdə tüğyan edən, həddini aşan rüşvət və ölüm halları ilə bağlı olub. Baş həkimin istefasının bir səbəbinin də, ötən ay əməliyyat sonrası vəfat edən Sveta Xudiyevanın ölümü ilə bağlı açılan cinayət işinin onun üzərinə atılması olub.

Mərhumun yaxınları „Gündəlik Naxçıvan“a bildirmişdilər ki, mərkəzin həkimi Nəzakət Gülməmmədova rüşvət ala bilsin deyə, əməliyyata fiziki cəhətdən hazır olmayan Sveta Xudiyevanı bıçaq altına salıb və bu da ölümlə nəticələnib. Faktla bağlı Naxçıvan şəhər Prokurorluğunda cinayət işi açılıb.

Mərkəzdəki mənbənin bildirdiyinə görə, prokurorluq Ülkər Bayramova və Nəzakət Gülməmmədovanı cinayət işindən yayındırmaq üçün, əsas günahı baş həkim Kifayət Məmmədovanın üzərinə yıxmaq istəyir:

“Kifayət həkim mərkəzə yeni baş həkim təyin olunanada, buradakı rüşvətdən heyrətə gəlmişdi. Deyirdi alın ancaq, qaydasında, cammatın qanını içməyin. Ülkər Bayramova və Nəzakət Gülmmədova isə, ona istehza edib, əvvəlki qaydada davam etdilər. Çünki, hər ikisinin yuxarılarda dayaqları var. Onlar rüşvət alanda da Kifayət həkimin adından alırdılar. Bundan əlavə Ülkər xanım ondan aylıq haqq da tələb edirdi. Mərhum Sveta Xudiyevanın qohumlarından da 800 manata yaxın rüşvəti onun adından almışdılar. Məsələ ictimailəşəndən sonra cinayət işi açmağa məcbur oldular. Prokurorluq hədə-qorxu ilə saxta şahidlər tapdı ki, guya pul Kifayət xanıma verilib. Halbuki, Nəzakət həkim pulu onun adından alıb, cibinə qoymuşdu. Bunu mərhumun qohumları da təsdiq edir”.

Mənbənin məlumatına görə, baş həkim ona qarşı haqsızlığa dözməyib, istefa verib:

“Noyabrın 15-də Kifayət həkim prokurorluqda izahat verib, mərkəzə qayıtdı. Direktor və Nəzakət həkimlə hamının gözü qarşısında mübahisə etdilər. Deyirdi ki, sizin acgözlüyünüzün qurbanı mən oldum. Səsləri bütün mərkəzi görütmüşdü. Onu nalayiq söyüşlərlə təhqir edirdilər. İstefa ərizəsini yazıb, mərkəzdən çıxdı. Bir gün sonra eşitdik ki, artıq Türkiyəy keçib”.

Ermənistanın Sisian rayonunda doğulan Kifayəy Məmmədova bir neçə ay öncə mərkəzə baş həkim təyin olunub. O, bundan öncə Bakıdakı xəstəxanaların birində çalışıb. Onun hansı səbəbdən Türkiyəyə getdiyi məlum deyil. Onun daha əvvəl Türkiyədə həkim kimi işlədiyi bildirilir. Ehtimallara görə o, işləmək üçün qonşu ölkəyə keçib.

Mərkəzə bir neçə ay öncə direktoru təyin olunan Ülkər Bayramova isə əvvəllər Naxçıvanın Ombudsmanı olub.

RegionXəbərləri; Fuadın Blogu

Səhifəmiz hamnın üzünə açıqdır.




Paylaş:


Müəllif : Tarix:
19-11-2023, 11:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər