“Bircə sənəd göstərsinlər ki, bu ev onlara verilib...” – Vüqar Səfərlidən “kupça” istəyən jurnalistlərə eyham
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin jurnalistlər üçün inşa olunmuş 2-ci binadakı mənzillərə “kupça” verilməməsinin səbəbləri barədə fikirləri yerli mediada, eləcə də ev almış jurnalistlər arasında anlaşılmazlıq və narahatlıqla qarşılanıb.
Lent.az bu səbəbdən bəzi məsələlərə aydınlıq gətirmək üçün Vüqar Səfərlidən yenidən sözügedən mövzu ilə bağlı müsahibə alıb.
- Vüqar bəy, yenicag.az-a müsahibənizdə bildirmisiniz ki, jurnalistlərə verilən evlər xidməti ev kimidir. Xidməti ev, bildiyimiz kimi, müvəqqəti yaşayış üçün verilir...
- Bu gün o evlərdə jurnalistlər xidməti ev kimi yaşayır. Çünki evlərin verilməsi haqqında hər hansı bir sərəncam, sənəd yoxdur. Fondun Müşahidə Şurasının qərarı ilə Prezident Administrasiyasının tövsiyəsi əsasında sözügedən evlər jurnalistlərə verilib.
- O evlər jurnalistlərdən alına bilərmi?
- Qeyd etdiyim kimi, onlar hazırda xidməti ev kimi yaşayırlar. Məgər elə deyil? Heç kimdən heç nə alına bilməz. Çünki bu bölgülərin hamısına Prezidentin tapşırığı ilə, razılığı ilə baxılıb. Mən demişəm ki, xidməti ev kimidir, xidməti ev deyil, başa düşürsünüzmü?
- Evlərin “kupça”laşdırılması ilə bağlı KİVDF tərəfindən bütün sənədlər verilibmi?
- Evlər verilsə də, bu proses davam edir, onun sənədləşdirilməsi gedir. Arxitektura Komitəsi yalandan götürüb məlumatlar verir. Biz 2 il əvvəldən - hələ onda Komitə yox idi - bina qurtardıqdan sonra bütün sənədləri yığıb Bakı şəhər İcra Hakimiyyətinə vermişdik ki, dövlət qeydiyyatından keçsin. Komitə yaranandan sonra uzun müddət bu məsələni hərə bir-birinin üzərinə atdı. Biz yenidən bu sənədləri yığıb verdik və dedilər ki, növbə çoxdur, baxılacaq. Neçə ay qaldıqdan sonra, axır ki, avqustun 8-də qərar veriblər ki, Dövlət Komissiyası binanı istismara qəbul edib. Bu o deməkdir ki, orada yaşayan jurnalist öz ailəsini də yaşadığı evdə qeydiyyata sala bilər.
- Bildiyiniz kimi, hazırda 2-ci binada qalan jurnalistlərin əsas istəyi evlərə “kupça” verilməməsi ilə bağlıdır.
- Mən bir şeyi başa düşə bilmirəm, bu “kupça” hazırda onların nəyinə lazımdır? Hazırda proses gedir. “Kupça”nı mən vermirəm ki, Əmlak Komitəsi verir. Buyursunlar, getsinlər müraciət etsinlər, görək, onlar verə biləcəklərmi? Dünən iki dəfə mən onlarla danışmışam ki, bunu hansı yolla, hansı formada edək ki, jurnalistlərə “kupça”lar verilsin.
- Vüqar bəy, müsahibədə həmçinin bildirmisiniz ki, jurnalistlərin 1-ci binasında “kupça”ların verilməsi prosedurunu indi təkrarlamaq mümkün deyil, çünki orada müəyyən məqamlar var və qanunlara dəyişiklik edilib. Bu dəyişikliklər hansılardır?
- Müəyyən qanunlar dəyişilib, bunu mən bilmirəm. Bunu Əmlak Komitəsi həll edir, biz həll etmirik axı. Sadəcə, biz maraqlıyıq ki, bu məsələ həll edilsin. Dediyim kimi, dünən iki dəfə onlarla, rəhbərliklə danışıq aparmışam ki, göstərişlər verilsin. Hüquqşünasla da danışmışam. Onlar deyir ki, dövlət əmlakı hədiyyə edilə bilməz. Bu, dövlət əmlakıdır, dövlət pul ayırıb Fonda və Fond bunu tikib. Keçən dəfə bunun yolunu tapdılar ki, Fond bunu özəlləşdirdi və qərar çıxardı ki, bağışlansın. Yəni uzun yolla həll edildi. İndi də buyursunlar. Bizim üstümüzə nə iş düşsə, onu edəcəyik.
- İstəyirsinizsə, yenidən xidməti ev məsələsinə qayıdaraq, bunu bir daha aydınlaşdıraq.
- Mənim bu sözümü qəbul etmirlərsə, onda göstərsinlər görüm, hər hansı bir sənəd, prezidentin sərəncamı və ya başqa sənəd varmı ki, bu evlər onlara verilib? Ona görə də mən qeyd etmişəm ki, proses gedir və hər bir jurnalist gələcəkdə “kupça”sını alacaq.
Mənim üçün çox maraqlıdır ki, bu gün “kupça”nı almaq 5 gün, 1 ay, 1 il gec olsa, nə olur? O adamlar maraqlıdır ki, bu evləri satmaq istəyirlər, başa düşürsünüz? Qalan şəxslər isə gedib qeydiyyata da düşə bilərlər, yaşayırlar, qaz, su, işıq öz adlarınadır.
- Bu evlər satıla və kirayəyə verilə bilərmi?
- Bilirsiniz, Prezident bu evləri hədiyyə edib və jurnalistlərin şəxsi mülküdür. Ona görə də bununla bağlı biz nəsə deyə bilmərik. Şəxsi fikrimi bilmək istəyirsinizsə, mən razı olardım ki, evlər veriləndə şərt qoyulsun ki, bu evlər 10-15 il ərzində satıla bilməz.
Onu da bildirim ki, evlər veriləndə şərt qoyulub - xidməti olan jurnalistlər üçün mənzil-məişət şəraitinin yaradılması. Ola bilər ki, onun hansısa yerdə evi var, ancaq xidmətləri var, şəraitinin yaxşılaşdırılması üçün ev verilir. Orada yoxdur ki, evi olmayana verilsin. Mənə çox vaxt deyirlər ki, filankəsin evi var, o birinin yoxdur. Adi bir şey deyim, məsələn, hər hansı bir qəzetin rəhbəri 20-30 ildir ki, canını mətbuata qoyub, haradasa ev alıb və ya atasından qalıb. İndi onun xidmətləri yoxdurmu?
10 il işləyən jurnalistin ev almasına, amma baş redaktorun ev almamasına obyektiv baxmaq olarmı? Bunu da deyim ki, sənədlər yığılanda bir də görürük ki, birinin 2-3 evi var, ona təbii ki, vermirik. Daha sonra bizə deyirlər ki, filankəsin evi var, biz də deyirik ki, verdiyi sənəddə axı evi yoxdur. Çağırıb soruşuruq ki, bəs deyirlər evin var, o da deyir ki, qardaşımın evidir, yaşayıram. Sənəddə də bu adamın evi yoxdur, biz necə sübut edək ki, bu sənin evindir? Bunlar çox çətin məsələlərdir.
Son olaraq bir daha bildirim ki, müsahibədə demişəm ki, bu evlər xidməti evlər kimidir. Xidməti ev başqa şeydir, belə evlər veriləndə orderlər verilirdi və yazılırdı ki, xidməti evdir. İndi bunların heç biri yoxdur. Biz bunları hüquqi tərəflərini müəyyən etməliyik ki, jurnalistlərə “kupça”lar verilsin.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-09-2019, 14:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-09-2019, 14:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09