Mehdi Səlimzadənin köməkçisinin bəraət qərarından protest verildi
Göyçayın sabiq icra başçısı Mehdi Səlimzadənin köməkçisi Vahid İsayevin bəraət alması ilə bağlı qərardan kassasiya protesti verilib.
Prokuror qərarın ləğv edilməsini, bəraət almış şəxsin sanksiya həddində cəzalandırılmasını tələb edir.
Protestə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq. Bu günə təyin edilən iclas təxirə salınıb.
Qeyd edək ki, Vahid İsayev ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə rüşvət verməyə təhrik etməkdə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib. Sonradan Şəki Apellyasiya Məhkəməsi ona bəraət verib.
V.İsayevlə birgə həbs olunmuş Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürov da bir müddət əvvəl eyni məhkəmənin qərarı ilə bəraət alıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-11-2023, 12:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər