Mətbuatın üzünə bağlanan reklam bazarı - "Bu problem həm də ondan qaynaqlanır ki..."
Azərbaycan mətbuatının ən ciddi problemlərindən biri də reklam bazarının demək olar ki, olmamasıdır.
Bu problemlə həm yazılı, həm də elektron media üzləşir. Son açıqlamalardan bəlli olur ki, dövlət qəzetləri başsağlığı və təbrik mətnlərindən də gəlir əldə edir. Artıq məsələ ilə bağlı “Dini etiqad azadlığı haqqında” Qanuna ediləcək dəyişiklik gündəmdədir.
Bununla bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovla partiyadan olan digər millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov arasında qalmaqal yaranıb. Siyavuş Novruzov “Azərbaycan” qəzetində başsağlığı tipli yazıların qadağan olunacağını deyib. Deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə hakim partiyanın icra katibinin müavininin dediklərinə sərt reaksiya verib. O bildirib ki, başsağlığı yazıları qəzetin əsas gəlir mənbələrindən biridir. Bu yazılar olmasa, qəzetin əməkdaşlarına maaş vermək olmaz.
Qeyd edək ki, məsələ ilə bağlı müzakirələr hələ də davam edir. Tərəflərdən hər birinin mövqeyini haqlı hesab edənlər var. Deputat Musa Quliyev də mətbuata açıqlamasında rəsmi qəzetlərdə başsağlıqlarının verilməsini yersiz hesab etdiyini bildirib: "Hesab edirəm ki, Siyavuş Novruzov tamamilə haqlı deyir. Çünki bir çox hallarda vəzifəli şəxslər, tanınmış insanlar və ya onların yaxınları rəhmətə gedəndə çox sui-istifadə halları olur və hesab edirəm ki, həmin verilən başsağlıqlarının çoxu da heç səmimi deyil. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfi odir ki, dövlətin qəzeti dövlətin, parlamentin qəzeti parlamentin qəzetidir. Bu qəzet dövlətin, parlamentin rəsmi xəbərləri, məlumatları üçündür, başsağlıqları üçün deyil".
Siyavuş Novruzovun Bəxtiyar Sadıqovun ünvanına səsləndirdiyi növbəti açıqlama da maraq doğurub: “Hər başsağlığına 50 manat alır. Özü də bu, arzu edir ki, imkanlı adamın ailəsindən ölü olsun ki, başsağlığı çox olsun. Bununla çörək yemək olar?”
Məlumdur ki, bu cür müzakirə və qalmaqalların yaranmasının əsas səbəbi medianın reklam bazarının olmaması ilə bağlıdır. Bu problem Azərbaycanda yazılı və elektron mətbuatın inkişafının qarşısını alır, mətbuatın müstəqil fəaliyyəti üçün əngəl yaradır.
Media eksperti Zeynal Məmmədli “Cümhuriyət” qəzetinə bildirib ki, medianın reklam bazarının olmamasının başlıca səbəbi azad bazar mühitinin olmamasıdır:
“O zaman medianın reklam bazarının geniş olması mümkündür ki, iqtisadiyyata siyasilərin təsiri minimum olsun. Sərbəst bazar olmadığından Azərbaycanda reklam bazarı də müəyyən maraqlara xidmət edir. Digər tərəfdən isə bir məqama da diqqət yetirmək lazımdır - Azərbaycan auditoriyasının mediaya inamı varmı? Ən reytinqli televiziya verilişinin belə, auditoriyası 200-300 min nəfərdir. Xatırladım ki, Azərbaycan əhalisinin 1 faizi 100 min nəfər edir. Sahibkarlar nəyə görə, bu cür az sayda oxucusu və ya tamaşaçısı olan mediada reklam verməlidir? Təbii ki, o, reklamı harada verməyə deyil, auditoriya sayına diqqət yetirir. Sahibkarın reklam etdiyi məhsul maşındırsa, onu varlı auditoriya, yuyucu tozdursa, kasıb auditoriya maraqlandırır. Medianın özü də xalqdan uzaq düşüb, reklam bazarının olmamasının əsas səbəblərindən biri budur”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın mediasının reklam bazarı olduqca kasaddır:
“Həm çap mətbuatının, həm də yeni yaranan elektron mətbuatın reklam problemi var. Qəzetlərdə reklamların səviyyəsi çox aşağıdır. 10-15 il əvvəl vəziyyət belə deyildi, qəzetlərin gəlirlərinin müəyyən faizi reklamın hesabına idi. Buna görə də mətbuatın maddi vəziyyəti getdikcə çətinləşir. Dövlət məcbur olur ki, qəzetlərə yardım ayırsın və ya hansısa vasitələrlə onları qoruyub saxlasın”.
Akif Aşırlı reklam bazarının qurulması ilə bağlı ciddi tədbirlərin görülməsinə ehtiyac olduğunu deyir:
“Bu problem həm də ondan qaynaqlanır ki, ölkədə fəaliyyət göstərən sahibkarlar medianın inkişafında maraqlı deyillər. Amma çətinə düşən zaman mətbuata üz tuturlar. Anlamırlar ki, onların haqq və hüquqlarını müdafiə edən yeganə sturuktur ciddi mətbuatdır. Çalışmalıyıq ki, bu sahədə irəliləyişə nail olaq və dövlətin apardığı iqtisadi siyasətin liberallaşdırılması ilə bağlı addımlara dəstək verək. Amma bu çox çətindir”
Baş redaktor deyir ki, bir qədər əvvəl reklam və elanların bir strukturda cəmlənməsi və ədalətli bölüşdürülməsinin Türkiyə modelinin ölkədə tətbiqi təklif olunub:
“Türkiyədə reklamların və elanların vahid bir mərkəzdə - reklam agentliyində birləşdirilməsi və paylanılması prosesi həyata keçirilir. Qəzetlərin satışı, əyalətlərdəki oxunma səviyyəsi, hədəf qrupları nəzərə alınaraq, onlara reklam və elanlar verilir. Bura tender elanları, turizm şirkətlərinin elanları, dövlətin sosial yönümlü fəaliyyəti ilə bağlı reklamlar da aiddir. Bununla bağlı müəyyən məbləğ formalaşır və bu da qəzetlər arasında bölünür. Bununla bağlı Mətbuat Şurasının xətti ilə Türkiyədən mütəxəssislər də dəvət olunmuşdu, mətbuatda müzakirələr də aparılmışdı. Amma çox təəssüf ki, bu həyata keçirilmədi. Çəkilən əziyyətlər də boşa çıxdı. Hesab edirəm ki, bununla bağlı media strukturları ciddi təbliğat və təşviqat işləri aparsalar, müzakirəyə çıxarılsa, kökləri araşdırılsa, ciddi irəliləyişlərə nail olmaq olar. Dövlətin elan etdiyi tenderlər, elanlar, sosial çarxlar ancaq rəsmi qəzetlərə verilir, qanundakı bu məhdudiyyət aradan götürülməli və bunlar daha çox müstəqil qəzetlərə yönəlməlidir”.
“Olaylar” qəzetinin Baş redaktoru Yunus Oğuz isə “Cümhuriyət”-ə bildirib ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu məsələni dəfələrlə Milli Məclisdə qaldırıb və bu durumun yaranma səbəblərini də parlamentdə açıqlayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-09-2019, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-09-2019, 09:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29