“Ayağım qanqren olub, əlillik verilmir” - Fotolar
“Ayağım qanqren olub. İki ildir, müraciət etmədiyim yer qalmayıb. Amma əlillik vermirlər”.
Bu sözləri 44 günlük Vətən müharibəsi qazisi Ayəddin Abdullayev deyib.
Gədəbəy rayon sakini olan 32 yaşlı qazi hazırda Sabunçu rayonunda yaşayır. O deyir ki, ayağındakı problemə görə işləyə də bilmir: “Müharibə zamanı döyüşlərdə aldığım qəlpə yaralarından ayağımın dizdən aşağı hissəsi qanqren oldu. Buna da səbəb həmin qəlpələrin qadağan olunmuş mərmidən olmasıdır. Həmin hissə gərək dezinfeksiya olunaraq təmizlənərdi. Lakin elə adi qəlpə yarası kimi müalicə olunduğu üçün ayağım bu hala qaldı.
Əgər mənim ayağımı müalicə edə biləcək həkim varsa etsin, heç əlillik də istəmirəm. Müalicə üçün başqa bir ölkəyə göndərəcəklərsə, o zaman əlillik də versinlər. Ona görə ki, mənim iki azyaşlı- 4 və 5 yaşlarında olan övladlarım var. Cəmi 80 manat təqaüd alıram.
Bununla necə ailə dolandırım? Əlilliyimi təsdiq edən sənəd yoxdur. Halbuki artıq ayağımda çürümə təhlükəsi var, yerə basanda dəhşətli ağrılar olur. Hələ bu vəziyyətdə mənə deyirlər k, “get işlə”. Acınacaqlı vəziyyətdəyəm, kirayədə yaşayıram. Qonşuların köməkliyi olmasa, bilmirəm vəziyyət necə olar”.
«Bizimxeber.az»
Paylaş:
Müəllif : Fuad
Tarix:28-11-2023, 09:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər