reklam
Regionxeberlericom.az » Gündəm » 5 hektar meşə ərazisi qanunsuz şəkildə istirahət mərkəzinə satılıb - ÖZBAŞINALIQ!

reklam

5 hektar meşə ərazisi qanunsuz şəkildə istirahət mərkəzinə satılıb - ÖZBAŞINALIQ!













Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazilərinin qanunsuz satılması halları qeydə alınıb.

AzToday.az-a daxil olan məlumata görə, bu ilin yay aylarında Masallı rayonun Qəriblər Meşəbəyliyinin ərazisində 4-5 hektarlıq meşə ərazisi “Türkan” adlı istirahət mərkəzinə verilib. Hazırda ərazidə əsaslı tikinti işləri aparılmaqla yanaşı meşə ərazisinin buldozerlə kürüməsi prosesi aparılır. Meşə ərazisində əsaslı tikinti işlərinin və torpağın üst qatınının kürüməsi prosesi mövcud qanunvericilikdə qadağan olunub. Amma “Türkan” istirahət mərkəzinin sahibi 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyinin gözü qarşısında Meşə Məcəlləsinin tələblərini kobud şəkildə pozur.

Sakinlərin redaksiyamıza təqdim etdiyi fotolardan görünür ki, istirahət mərkəzində “bisedka”ların tikintisi aparılmaqla yanaşı meşə ərazisi betonlanır. Həmçinin, təbii bərpa üçün vacib olan torpağın üst qatının kürüməsi aparılır.

Tikinti və torpaq işlərinin aparılması ilə bağlı görüntüləri təqdim edirik:































Sakinlər sözügedən ərazidə ağacların da kəsildiyi iddia edirlər. Ümid edirik, Ekologiya Və Təbii Sərvətlər Nazirliyi bu iddiaları araşdırıb, lazımi tədbirləri həyata keçirəcək.

AzToday.az-ın araşdırmaları zamanı məlum oldu ki, Qəriblər kəndinə yaxın olan ərazidə meşə torpaqlarının istirahət mərkəzinə verilməsi prosesi tam qanunsuzdur. Və 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi iş adamına şifahi razılıq versə də, sözügedən biabırçılığı rəsmiləşdirməyə cürət etməyib. Yəni, “Türkan” istirahət mərkəzi ilə 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi arasında hər hansı bir müqavilə bağlanmayıb. Bunun da səbəbi 4-5 hektarlıq ərazidə istirahət mərkəzinin fəaliyyəti üçün lazım olan əsaslı tikinti işlərinin gizlin başa çatdırılmasıdır.

Bu arada qeyd edək ki, Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bu il mediaya verdiyi müsahibəsində meşə ərazilərinin iaşə obyektləri üçün icarəyə verilməsi prosesinin dayandırıldığını bildirmişdi. Bu müsahibədən dərhal sonra isə “Türkan” istirahət mərkəzinin fəaliyyətinə “yaşıl işıq” yandırılıb…

AzToday.az





Paylaş:


Müəllif : Tarix:
30-11-2023, 10:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər