İş axtaran Şəki sakini dələduzluqla üzləşib-ŞİKAYƏT
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Vəli Quliyevə
Şəki rayon Çələbixan qəsəbəsi, ev 42 ünvanında yaşayan Məmmədov Qaçay Mürşüd oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli Rəis!
Məm Məmmədov Qaçay Mürşüd oğlu yazaraq Sizə bildirirəm ki, uzun müddətdir işsizəm. Üç ay bundan əvvəl “Vətən- N “mühafizə xidmətinin rəisi Novruz İsrafilovla tanış oldum. Ona işlə bağlı müraciət etdim. O mənə bildirdi ki, bir az səbrli ol, mən özüm sənə xəbər edəcəm. O, bu sözü dedikdən sonra bildirdi ki, işə düzəlməyin bir az xərci var. Mən ondan nə qədər xərc lazım olduğunu soruşdum. O isə mənə dedi ki, o biri mühazifə xidmətinin rəisləri 7000-8000 manat pul alırlar, amma biz aşağı qiymətə həll edərik. Mən ondan tam açıq söz deməsini istədim. O isə dedi ki, başqalarına 4000 manatdır, sən məcburi köçkün olduğuna görə səndən 3000 manat alacağam.
Avqust ayının 31-i biz rastlaşdıq, o özü mənə bildirdi ki, sabah, yəni sentyabr ayının 1-i saat 09:00-da Şəki Rayon Mərkəzi Poçt Şöbəsinin qarşısında olarsan. Hətta mənə dedi ki, hazırlıqlı gələrsən.
Mənim yaxın dostum olan Sahibdən 3000 manat pul alıb, sentyabr ayının 1-i saat 09:30-da poçtun qarşısına gəldim. Mən Novruz müəllimə zəng edərək onu gözlədiyimi bildirdim. O isə mənə dedi ki, köhnə təcili tibbi yardım stansiyasının qarşısına gəl. Mən oraya getdim. O, məni öz maşınına mindirib, məndən 3000 manat pulu aldı və məni öz maşını ilə “Dördyol”da qənd zavoduna aparıb bildirdi ki, sentyabr ayının 1-dən burada növbədəsən. Məni orada düşürüb, o biri mühafizəçiyə tapşırdı ki, gecə işıqlarını haradan, necə yandırmaq lazımdır başa sal. Mühafizəçi mənə hamısını göstərdi və təhvil-təslim edib, Novruz müəllim özü də mühafizəçiylə çıxıb getdi.
Birinci dəfə məni oraya aparanda, məndən 3000 manatı alanda məndən yalnız şəxsiyyət vəsiqəmin surətini almış, mənə demişdir ki, 3 sutka işə çıxdıqdan sonra sənə digər sənədlərini də toplatdıracam. Mən 1 sentyabr tarixindən 20 sentyabra kimi işə çıxmışam. Novruz İsrafilov mənimlə heç bir əmək müqaviləsi bağlamadan 20 gün işlədib, məndən başqa o biri işçiləri də əmək müqaviləsi olmadan işlədir. İşlədiyim yerdə qənd zavodunun müdiri və orada işləyənlərin hamısı şahiddir ki, mən 20 gün orada işləmişəm. Hər dəfə növbədən çıxanda Novruz müəllimə zəng vurub və mesaj yazaraq görüşməyimi desəm də, o mənimlə görüşməkdən boyun qaçırırdı. Mən işə çıxa-çıxa o mənimlə maraqlanmır, sənədlərimi hazırlamağımı demir, lakin başqalarını işə götürür, onların sənədlərini hazırladırdı. O, məni işə aparanda mənə demişdir ki, ayda 300 manat əmək haqqı alacan, sonra isə maaşın yavaş-yavaş qalxacaq, həmçinin əmək haqqını kartla alacaqsan. Sizin işiniz elə-belə iş deyil, dövlət işidir, birbaşa Daxili İşlər Nazirliyinin işçisi sayılırsınız.
Onu da bildirim ki, Novruz müəllim tək məni aldatmayıb, bir neçə fağır, kasıb belə insanları aldadıb, onların pulunu mənimsəyib, onlar da bir-iki ay işləyib, orada olan haqsızlıqları görüb işdən çıxıblar. Ancaq onlar verdikləri pullarını istəsələr də , Novruz müəllim onlara hədə-qorxu gələrək bildirmişdir ki, “siz məndən nə pulu istəyirsiniz, pulunuz Daxili İşlər Nazirliyindədir, əgər ala bilirsinzisə, gedin özünüz alın”.
Hörmətli Rəis!
Maddi sübut olaraq mənim işə çıxmağım barədə şahidləri bilmək istəsəniz, qənd sexinin müdiri başda olmaqla orada işləyən bütün işçilərin hamısı buna şahiddir. Məndən əvvəl da bir neçə nəfəri aldadıbsa, onların bəzilərinin adını bildiyimə görə ərizəmə qeyd edirəm. Məmmədov Bayram Qeybulla oğlu, Hacıbabayev Nicat Rafiq oğlu, Şabanov Rəsul Zakir oğlu. Hələ bir neçə nəfər də var ki, onların adlarını bilmirəm, onların da adlarını bir-bir öyrənib, Novruz müəllimin cinayət məsuliyyətinə cəlb olunmağına yardımçı olacağam. Onu da bildirim ki, mənim bu şikayətimdən sonra Şabanov Rəsul Zakir oğlunun, Məmmədov Bayram Qeybulla oğlunun pulunu verib. Hacıbalayev Nicat Rafiq oğluna 700 manat, mənə 2500 manat pul verməlidir. Lakin mənə verəcəyi 3000 manat puldan yalnız 500 manatını verib, 2500 manatı verməkdən boyun qaçırır. Mən zəng etsəm də zənglərimə cavab vermir. Onu da qeyd edim ki, mən 27 sentyabr 2023-cü ildə şikayət ərizəsi ünvanladıqdan sonra 06.10.2023-cü il tarixdə 3000 manatdan 500 manatını qaytarıb, mənə barışıq üçün ərizə yazdırdı ki, bir ay sonra sənin 2500 manatını da verəcəm. Həmin dələduz şirin dilindən istifadə edərək mənə və digərlərinə barışıq ərizəsi yazdırmaqla başına oyun açır, şantaj edərək hədə-qorxu gəlir, hətta Nicat Rafiq oğlunun “Vətən-N” xidmətinin rəisi Novruz İsrafilovla telefon danışığı var . O, həmin danışıqda da Nicat Rafiq oğluna hədə-qorxu gəlir ki, səndən mən pul almamışam, sən hüquq-mühafizə orqanlarında izahat verəndə, nahaq yerə demisən ki, mən Novruz İsrafilova 700 manat pul vermişəm. Nicat da deyir ki, nə vermişəmsə, onu da demişəm.
Həmin gündən bu günə qədər mənim 2500 manat pulumu vermir. O, dələduzluq işləri ilə məşğuldur. Həmçinin məndən başqa bir neçə insanı da aldadıbdır. Xahiş edirəm ki, bizdən aldığı pullar bizim özümüzə qaytarılsın, bizə dəymiş həm maddi, həm də mənəvi ziyanlıq ödənilsin.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, Novruz İsrafilov adlı bu dələduz barəsində ciddi tədbir görəsiniz və bizdən aldığı pulların özümüzə qaytarılmasına köməklik göstərəsiniz.
Novruz İsrəfilov
Paylaş:
Müəllif : Fuad
Tarix:4-12-2023, 16:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər