reklam
Regionxeberlericom.az » Gündəm » Oğluna 120 minlik maşın alan müavin qaydaları “çeynəyib” bacısı oğluna iki vəzifə verdiririb - FOTOFAKT

reklam

Oğluna 120 minlik maşın alan müavin qaydaları “çeynəyib” bacısı oğluna iki vəzifə verdiririb - FOTOFAKT














Qazax rayonunda iki vəzifəyə sahib olmaq üçün hansısa dağ-dərə aşmağa gərək yoxdur və bunun üçün hər-hansı bir xüsusi bacarığa da ehtiyac yoxdur.

Vəzifə sahibi olmaq üçün "Yaxşı "dayday" olmalıdır ki, hazır kökə tapa biləsən. "

Belə ki, Qazax rayon icra icra başçısının birinci müavini Məmməd Alıyevin öz doğma bacısı oğlunun iki vəzifədə işləməsi isə bunun əyani sübutudur.

Məmməd Alıyevin bacısı oğlu Kamil Eyyubov yaşının az olmasına baxmayaraq rayonda iki vəzifə sahibidir. Onun cəmi 27 yaşı var. Bu gənc yaşda hazır "kökə" tapmaq da yəqin ki, dayısının icra başçısının birinci müavini vəzifəsində işləməsi səbəbidir.

Qeyd edək ki, Kamil bəy həm Qazax rayon Mərkəzi Xəstəxanasında, həmdə ki, Qazağın ən böyük kəndi 10.000 əhalisi olan Daş Salahlı kənd Bələdiyyə sədri vəzifəsində çalışır.

Kamil bəyin hər iki işinin (vəzifəsinin) öhdəsindən gəlib-gəlməməsi isə maraqlıdır?

Doğrudan da iki vəzifə sahibi olan Kamil bəy hər iki işinin öhdəsindən layiqincə gələ bilir?

Belə çıxır ki, hər gün səhər saatlarında Mərkəzi Xəstəxanaya işə gedən Kamil bəy axşam saatlarında isə bələdiyyə işlərini görür.

Ortaya belə bir sual çıxır: Səhər saatlarında hər-hansı bir arayış almaq üçün bələdiyyəyə üz tutan kənd sakini axşam saatlarına kimi oturub Kamil bəyi gözləməlidir? Yoxsa 10.000 əhalisi olan Daş Salahlı kəndində Kamil bəy qədər yetərli "savadlı" kadr yoxdur? inanmırıq olmasın. Əlbətdə ki, var, bunun üçün sadəcə yəqin ki, Məmməd Alıyev kimi yaxşı "dayday" olmalıdır.

Keçək əsas məsələyə... gənc yaşda iki vəzifəyə sahib olan Kamil bəy deyilənə görə dayısı Məmməd Alıyev kimi "dayday" lıq etməyə başlayıb. Belə ki, Kamil bəy bələdiyyə sədri vəzifəsini icra etməyə başlayan kimi o, öz qaynatasını və öz yengəsini bələdiyyədə işlə təmin etməyə başlayıb. Belə çıxır ki, Qazax rayonununda vəzifəyə sahib olmaq və hər-hansı bir işlə təmin olunmaq üçün mütləq yaxşı "dayday" olmalıdır?

Görünür ki, Kamil bəyə "dayday"lıq edən dayısı Məmməd Alıyev öz vəzifəsindən sui istifadə edib yəni qohum-əqrəbasını işə düzəltmək bacarığını bacısı oğlu Kamil bəyə də öyrədib.

"Yəni atalar demiş: oğul dayıya oxşar."

Görünən odur ki, Kamil bəy də atalar sözünü unutmayıb, dayısı Məmməd Alıyevin yolunu davam etdirir.

Əlavə olaraq onu da qeyd edək ki, Rayon icra başçısının birinci müavini Məmməd Alıyev bu yaxınlarda öz oğluna 120 min manat dəyərində bahalı avtomobil almaqla gündəmə gəlmişdi. (32gun.az)

Qazax rayon icra başçısı Rəcəb Babaşovun isə bu işlərdən xəbəri olub-olmadığını deyə bilmərik. Onu deyə bilərik ki, xəbəri yoxdursa, xəbəri olsun.

Qeyd edək ki, təqdim etdiyimiz foto gənc bələdiyyə sədrinin Qazax rayon Mərkəzi Xəstəxanasındakı vəzifəsini icra edərkən çəkilib.





Paylaş:


Müəllif : Tarix:
7-12-2023, 08:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər