reklam
Regionxeberlericom.az » Gündəm » Türkiyədə kuryerin ölümünə səbəb olan Somali prezidentinin oğlu azadlığa buraxılıb – Ölkədən qaçdı

reklam

Türkiyədə kuryerin ölümünə səbəb olan Somali prezidentinin oğlu azadlığa buraxılıb – Ölkədən qaçdı


















Somali prezidenti Həsən Şeyx Mahmudun oğlu Məhəmməd Həsən Şeyx Mahmud İstanbulun Aksaray rayonunda, Kennedi küçəsində tıxacda hərəkətdə olarkən motokuryerin ölümünə səbəb olmaqda ittiham olunur.

Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, noyabrın 30-da Mahmudun idarə etdiyi avtomobil motokuryer Yunus Əmrə Göçərin idarə etdiyi motosikletə arxadan çırpılıb, xəsarət alaraq xəstəxanaya çatdırılan Göçer dekabrın 6-da dünyasını dəyişib.

İstanbul Baş Prokurorluğu hadisədən dərhal sonra hazırlanan qəza protokoluna əsasən motosiklet sürücüsünün zolaq dəyişdirmə qaydasını pozduğunu, buna görə də, saxlanılan şəxsin “ehtiyatsızlıqdan xəsarət yetirməkdə” ittiham olunduğunu və nəticədə, onun azadlığa buraxıldığını bildirib.

























Məhəmməd Həsən Şeyx Mahmud

Göçerin ölümündən sonra iş dekabrın 7-də yol ekspertizasına göndərilib və ekspert həmin gün Göçerin günahı olmadığına dair rəyini bildirib. Bundan sonra dekabrın 8-də Məhəmməd Həsən Şeyx Mahmud haqqında həbs qərarı verilib. Lakin daha sonra şübhəlinin 2 dekabrda ölkəni tərk etdiyi müəyyən olunub.

Baş Prokurorluq Mahmudun tutulması üçün beynəlxalq prosedurun aparıldığını açıqlayıb.

Ekspertiza hesabatında Mahmudun hadisədən sonra verdiyi ifadə də yer alıb. Bu ifadəyə uyğun olaraq, Mahmud, motosikletin qəfil əyləci basdığını və heç bir siqnal vermədən sağa döndüyünü, sürücünün dəbilqəsinin olmadığını, əyləci bassa da, motosikleti vurmaqdan yayına bildiyini bildirib.

Ekspert müəyyən edib ki, motosiklet ən sağ zolaqda sürəti azaldıb, daha sonra yol kənarına doğru hərəkət edib və Mahmudun idarə etdiyi nəqliyyat vasitəsi sürəti azaltmadan motosikletə çırpılıb.

















Agentliklərə açıqlama verən Göçer ailəsinin vəkili İyaz Çimen ilk ifadəsində belə deyib:

“Yüz faiz günahkar olan nəqliyyat vasitəsinin sürücüsünün “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə cəzalandırılmasını gözləyirik. Çünki hadisəyə ilk rəy verən məmur tərəfindən edilən səhv qiymətləndirmə nəticəsində şübhəlinin bu mərhələdə tutulmaması, hadisənin üzərindən bir həftəyə yaxın vaxt keşməsi onu göstərir ki, şübhəlinin, bu mərhələdən sonra heç tutulmamaq ehtimalı ilə qarşı-qarşıyayıq”, - deyib.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Somali prezidentinin oğlunun iştirakı ilə baş verən yol qəzası barədə araşdırma aparan polis məmurlarına qarşı məhkəmə istintaqının başladığını açıqlayıb.

 “Alınan ikinci hesabatdan sonra iki hesabat arasındakı ziddiyyətin aradan qaldırılması və yekun hesabatın əldə edilməsi üçün Ədliyyə Tibb İnstitutundan hesabat gözlənilir. Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir və şübhəlinin tutulması ilə bağlı beynəlxalq prosedur da daxil olmaqla bütün proses ciddi şəkildə həyata keçirilir və istintaq bütün aspektləri ilə davam edir”, - Tunç isə “X” sosial media platformasında paylaşdığı mesajda bildirib.

Digər tərəfdən, motokuryer Göçer üçün ailəsi və motorkuryerlər dekabrın 10-da Çağlayan Ədliyyə İdarəsi qarşısında “Ədalət Sürüşü” adlı aksiya keçiriblər.
















Yunus Əmrə Göçər

Yunus Əmrə Göçərin həyat yoldaşı Öznur Göçər isə polisi günahlandırıb: “Həyat yoldaşımın ölümünə səbəb olan və qaçmasına icazə verən hər kəsdən şikayət edirəm. Polis səhv protokol tərtib etdiyi üçün həmin adam sərbəst şəkildə qaça bilib”.

“Görüntülər üzə çıxana qədər polis bizə həyat yoldaşımın intihar etdiyini deyirdi. Həyat yoldaşımın motokuryer dostları və ictimaiyyət təzyiq göstərməsəydi, bəlkə də həyat yoldaşımın intihar etdiyini deyib, işi bağlayacaqdılar” - Öznur Göçər bildirib.




Paylaş:


Müəllif : Tarix:
11-12-2023, 11:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər