Gələn il pensiyaların bu qədər artacağı gözlənilir – Məbləğ
Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi bu ilin yanvar-oktyabr aylarında orta aylıq nominal əmək haqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3% artdığını açıqlayıb.
Son 2 ayın statistik göstəricilərində ciddi dəyişiklik olmasa, gələn il yaşa görə əmək pensiyalarının orta məbləği hər 100 manatada təxminən 11-12 manat həddində artacaq.
Bildiyimiz kimi, hər ilin əvvəlində pensiyaların nə qədər artacağı Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan əvvəlki ilin orta aylıq nominal əmək haqqının artım tempinə əsasən müəyyən olunur.
Yəni, bu il orta aylıq nominal əmək haqqı nə qədər artsa, pensiyalar da yanvarın 1-dən bir o qədər artırılacaq.
Qeyd etdiyimiz kimi, artıq bu ilin ilk 10 ayı ərzində orta aylıq nominal əmək haqqında qeydə alınan artımlar (11,3%) açıqlanıb. Əvvəlki illərin təcrübəsi göstərir ki, ilin son 2 ayında nominal əmək haqqında ciddi artımlar, ya da azalmalar olmur.
Onu da bildirək ki, Azərbaycanda əmək pensiyasının minimum məbləği 280 manat təşkil edir. Hazırda minimum səviyyədə pensiya alanların gələn ildən təxminən 310 manat pensiya alacaqları gözlənilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-12-2023, 14:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər