Rusiya Sofiya Rotarunun Yaltadakı villasını əlindən alır
Rusiya Federasiyası milyonların sevimlisi, populyar müğənni Sofiya Rotarunun Yaltadakı villasını əlindən almaq qərarına gəlib.
Bizimyol.info xəbər verir ki, mətbuatın yazdığına görə, səbəb ulduz müğənninin Rusiya Federasiyasının başlatdığı genişmiqyaslı işğalla bağlı Ukraynaya dəstək verməsidir.
"Çervona Ruta" mahnısının əfsanəvi ifaçısı Müqəddəs Nikolay Günü və Silahlı Qüvvələr Günü münasibətilə etdiyi paylaşıma görə Rusiya hakim dairələrinin hiddətinə səbəb olub. Müğənninin paylaşdığı rəsmdə Müqəddəs Nikolay Möcüzə yaradan ukraynalı döyüşçünün qucağında oturub ona təşəkkür edib.
Buna cavab olaraq “Krım Şəhər Şurası” müğənninin Yalta sahilində yerləşən “Villa Sofia” iqamətgahını milliləşdirmək qərarına gəlib.
Rusiyanın “Mash” Teleqram kanalının məlumatına görə, Krım antiterror komissiyası Sofiya Rotarunun Yaltadakı daşınmaz əmlakını milliləşdirməyə hazırlaşır və onlar artıq Ukrayna Silahlı Qüvvələrinin ona sponsorluq etdiyinə dair sübutlar toplamağa başlayıblar.
“İndi komissiyanın növbəti iclaslarında onun paylaşdığı rəsmin nəşri ilə bağlı fəaliyyət öyrəniləcək”, -deyə sosial şəbəkə istifadəçiləri yazıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-12-2023, 23:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər