reklam
Regionxeberlericom.az » Gündəm » Olaf Şolts: “2024-cü ildə Ukraynaya yardım üçün səkkiz milyard avro ayrılacaq”

reklam

Olaf Şolts: “2024-cü ildə Ukraynaya yardım üçün səkkiz milyard avro ayrılacaq”

















Almaniya Ukraynaya silah və maliyyə yardımına 2024-cü il üçün səkkiz milyard avro büdcə ayırıb. 

Bu barədə Almaniya kansleri Olaf Şolts məlumat verib.

“Əgər vəziyyət dəyişərsə, məsələn, digər tərəfdarlar Ukraynaya yardımı kəsdiyinə görə cəbhədəki vəziyyət pisləşərsə və ya Almaniya və Avropa üçün təhlükə artmaqda davam edərsə, biz buna reaksiya verməli olacağıq”, - deyə o bildirib.

Olaf Şolts vurğulayıb ki, Almaniyada olan ukraynalı qaçqınlara yardım üçün daha altı milyon avrodan çox vəsait ayrılacaq. Həmçinin, Almaniya Avropa Sülh Fonduna töhfələri nəzərə almadan Ukraynaya birbaşa maliyyə və hərbi dəstək verməyə davam edir. Lakin Almaniya iqtisadiyyatı üçün mümkün risklərin qarşısını almaq üçün ayrılan vəsaitin məhdudlaşdırılması məsələsinə baxılacaq.

Mənbə: Kommersant




Paylaş:


Müəllif : Tarix:
13-12-2023, 21:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər