reklam
Regionxeberlericom.az » Gündəm » “Somali Prezidentinin oğlu Türkiyəyə gətiriləcək və mühakimə olunacaq” – Ədliyyə naziri

reklam

“Somali Prezidentinin oğlu Türkiyəyə gətiriləcək və mühakimə olunacaq” – Ədliyyə naziri


















Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç Somali Prezidentinin oğlunun törətdiyi qəza ilə bağlı açıqlama verib.

TRT xəbər verir ki, nazir müttəhimin Türkiyəyə gətiriləcəyini və mühakimə olunacağını bildirib.

“Bizim prioritetimiz hər şeydən əvvəl öz vətəndaşlarımızdır. Ölən vətəndaşlarımızın hüquqlarını qorumaq bizim borcumuzdur. Önümüzdəki dövrdə, müttəhimin Türkiyəyə gəlməsi və məsələ ilə bağlı məhkəmə prosesində iştirak etməsi mümkün olacaq”, - Yilmaz Tunç bildirib.

Nazir Tunç, həmçinin, bu proses zamanı Somali məhkəmə orqanları ilə də görüşlər keçirdiklərini bildirib.

“Somalinin ədliyyə naziri ilə də şəxsən görüşdüm. Onlar da hadisəyə vicdanla yanaşdılar. Xüsusilə də, məhkəmə prosesi yaxın vaxtlarda başlayacaq. Əlbəttə, məhkəmə tibb ekspertizasından gələn hesabat çərçivəsində son söz məhkəmənin olacaq”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Somali prezidenti Həsən Şeyx Mahmudun oğlu Məhəmməd Həsən Şeyx Mahmud İstanbulun Aksaray rayonunda, Kennedi küçəsində tıxacda hərəkətdə olarkən motokuryerin ölümünə səbəb olmaqda ittiham olunur. Noyabrın 30-da Mahmudun idarə etdiyi avtomobil motokuryer Yunus Əmrə Göçərin idarə etdiyi motosikletə arxadan çırpılıb, xəsarət alaraq xəstəxanaya çatdırılan Göçər dekabrın 6-da dünyasını dəyişib.

İstanbul Baş Prokurorluğu hadisədən dərhal sonra hazırlanan qəza protokoluna əsasən motosiklet sürücüsünün zolaq dəyişdirmə qaydasını pozduğunu, buna görə də, saxlanılan şəxsin “ehtiyatsızlıqdan xəsarət yetirməkdə” ittiham olunduğunu və nəticədə, onun azadlığa buraxıldığını bildirib. Göçərin ölümündən sonra iş dekabrın 7-də yol ekspertizasına göndərilib və ekspert həmin gün Göçərin günahı olmadığına dair rəyini bildirib. Bundan sonra dekabrın 8-də Məhəmməd Həsən Şeyx Mahmud haqqında həbs qərarı verilib. Lakin daha sonra şübhəlinin 2 dekabrda ölkəni tərk etdiyi müəyyən olunub.




Paylaş:


Müəllif : Tarix:
14-12-2023, 15:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər