reklam
Regionxeberlericom.az » Gündəm » Murat Karayılanın mühafizəçisi öldürüldü – Foto

reklam

Murat Karayılanın mühafizəçisi öldürüldü – Foto

















PKK terror təşkilatının liderlərindən Murat Karayılanın mühafizəçisi öldürülüb.

TRT xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında məlumat yayıb.

Nazir dekabrın 4-də keçirilən “Qəhrəmanlar-32” əməliyyatında zərərsizləşdirilən terrorçunun PKK terror təşkilatının lideri, qondarma icra şurasının üzvü Murat Karayılanın mühafizəçisi Herekol Hezex kod adlı Yunus Aras olduğunu bildirib.

Yerlikaya Jandarm Baş Komandanlığı Kəşfiyyat İdarəsinin rəhbərliyi altında Mardinin Dargeçit rayonunun Alayurt mahalında Mardin Jandarm Komandanlığı tərəfindən axtarışda olan 2 terrorçunun dekabrın 4-də keçirilən “Qəhrəmanlar-32” əməliyyatında zərərsizləşdirildiyini qeyd edib.

DNT testi nəticəsində zərərsizləşdirilən terrorçulardan birinin Herekol Hezex kod adlı Yunus Aras olduğunu vurğulayan Yerlikaya, onun  2019-cu ildə İraqın şimalında PKK liderlərindən Murat Karayılanın mühafizəçisi vəzifəsində çalışdığını qeyd edib.

Nazir terrorçunun 2017-2018-ci illərdə Şırnak vilayətinin Qabar dağı bölgəsində 4 təhlükəsizlik əməkdaşının şəhid olduğu, 15 təhlükəsizlik əməkdaşının yaralandığı 4 terror aktında iştirak etdiyini vurğulayıb.





Paylaş:


Müəllif : Tarix:
15-12-2023, 17:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər