Sabiq rektor Seymur Talıbovu məhkəməyə verdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov barəsində məhkəmə iddiası qaldırılıb.
Seymur Talıbov barəsində məhkəmə iddiası Naxçıvan Universitetinin sabiq rektoru, Naxçıvan Ali Məclisinin keçmiş deputatı İsmayıl Əliyev tərəfindən qaldırılıb.
İddia ilə bağlı növbəti hazırlıq iclası Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə yanvar ayının 18-də keçiriləcək. Daha əvvəl 3 dəfə hazırlıq iclası təyin olunsa da məhkəmə baş tutmayıb.
İsmayıl Əliyev
Bildirilir ki, iddia müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə qaldırılıb.
Məlumat üçün bildirək ki, sabiq rektor Seymur Talıbovla bərabər Məmmədov Hüseyn Yaşar oğlu barəsində də iddia qaldırıb.
Hüseyn Yaşarov bu ilin əvvəlində Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Naxçıvan Bank” ASC-nin səhmlərinin 63,66%-ni onlardan satın alıb.
Barəsində iddia qaldırılan Seymur Talıbov eyni zamanda “Naxçıvan” Universitetinin təsisçisi olub.
Seymur Talıbov
Bu ilin əvvəlində “Naxçıvan” Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunub.
Seymur Talıbov və Hüseyn Yaşarovu məhkəməyə verən İsmayıl Əliyev 1950-ci ildə anadan olub. Pedaqogika elmləri doktoru olan İsmayıl Əliyev 20 il - 1999-2019-cu illərdə “Naxçıvan” Universitetinin rektoru olub. İsmayıl Əliyev eyni zamanda 2000-2020-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-12-2023, 17:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər