reklam
Regionxeberlericom.az » Gündəm » Sabirabadda 12 yaşlı qızı özündən 20 yaş böyük şəxslə nişanlayıblar – Video

reklam

Sabirabadda 12 yaşlı qızı özündən 20 yaş böyük şəxslə nişanlayıblar – Video


















Sabirabad rayonunda 12 yaşlı qızın 32 yaşlı kişi ilə nişan mərasiminin keçirildiyi bildirilir.

RegionXəbərləricom.az xəbər verir ki, bunu əks etdirən görüntülər Xəzər TV-də efirə gedən “Təsir dairəsi” verilişində yayımlanıb.

Bildirilib ki, Sabirabadın Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişi nişanlanıb. Cütlük arasında 20 yaş fərqinin olması, qızın hələ yeniyetmə çağına yeni daxil olması kəskin reaksiyalara səbəb olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yeniavaz.com-a bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub:

“Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.




Paylaş:


Müəllif : Tarix:
29-12-2023, 11:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər