reklam
Regionxeberlericom.az » Gündəm » Belqoroda zərbə nəticəsində rusiyalı baş leytenant öldü

reklam

Belqoroda zərbə nəticəsində rusiyalı baş leytenant öldü


















Rusiya İstintaq Komitəsinin Mulinski qarnizonu üzrə müstəntiqi Mixail Konopitsin xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, mərhum ədliyyə baş leytenantı rütbəsi daşıyıb və hərbi istintaq idarəsində müstəntiq olub. Noyabr ayında o, Rusiya İstintaq Komitəsinin Belqorod qarnizonu üzrə hərbi istintaq şöbəsinə ezam olunub.

Qeyd edilir ki, Konopitsın bu ilin may ayında İstintaq Komitəsinin strukturuna daxil olub, əvvəllər Rusiya Silahlı Qüvvələrində tank əleyhinə idarə olunan raket taqımının komandiri kimi xidmət edib.

Xatırladaq ki, dekabrın 30-u günorta saatlarında Rusiyanın Belqorod şəhərinin mərkəzi Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. 24 nəfərin öldüyü deyilir.




Paylaş:


Müəllif : Tarix:
1-01-2024, 14:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər