reklam
Regionxeberlericom.az » Gündəm » Özünü yandıran vəkillə bağlı - Açıqlama

reklam

Özünü yandıran vəkillə bağlı - Açıqlama


















Xəbər verdiyimiz kimi, vəkil Zaur Məmmədov Vəkillər Kollegiyasının yanında özünü yandırıb.

“Qafqazinfo” xəbər verir ki, məsələyə kollegiyadan münasibət bildirilib.

Qurumun sədri Anar Bağırov hadisə haqda danışarkən bunları deyib: “Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb. Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidən kimi, Salyan rayon Vəkil Bürosunun müdiri ilə danışdım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi.

Onun barəsində Kollegiyada intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması məlum olacaq”.

Xatırladaq ki, Z.Məmmədov üzərinə benzin tökərək özünü yandırıb, onun həyatını xilas etmək mümkün olmayıb.




Paylaş:


Müəllif : Tarix:
1-01-2024, 22:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər