Kənd camaatı indi bu “şirinlikləri” də verməyə razıdır... - GİLEY
“Bu kəndin adı “qara siyahı”ya salınıb. Ona görə də, neynəsək xeyri yoxdur – nə yol çəkən var, nə də qaz xətti…” Qəbələ rayonunun Xırxatala kəndində “niyə yolunuz, qazınız yoxdur?” sualını verdiyiniz hər kəs sizə bu cavabı verəcək.
Ancaq kəndin adının niyə və hansı “qara siyahı”ya düşdüyü ilə bağlı yekdil bir fikir yoxdur. Kimi bunu vaxtilə kənddə müxalifət partiyaları üzvlərinin fəal olması ilə bağlayır, kimi qaz və yol çəkmək üçün müvafiq qurumların tələb etdiyi “şirinliyi” yığıb verməmələri ilə, kimi də bir başqa səbəblə… Hətta yarızarafat-yarıciddi kəndə cadu etdiklərini deyənlər də var.
İlk baxışda qəribə görünsə də, kənd camaatının belə fikirlərə düşməsi təsadüfi deyil. Qəbələ rayon mərkəzindən cəmi 8 km, magistral yol kəmərindən isə cəmi 5 km məsafədə yerləşən bu kənd, artıq 30 ilə yaxındır ki, yolsuzluqdan əziyyət çəkir. Kəndin Sovet hakimiyyəti dövrü çəkilən asfalt yolu Azərbaycanın müstəqilliyinin ilk illərindəcə tamamilə dağılıb. Həmin vaxtlar dağ çaylarından daş, meşələrdən kötük daşıyan iri maşınlar yolun asfalt örtüyünü sıradan çıxarıblar. Kənd camaatının şikayət və müraciətlərinin isə nəticəsi olmayıb. O vaxtdan bu yana təxminən 2 min insanın yaşadığı kənd yolsuzdur…
Kənd camaatının bu illər ərzində müraciət etmədiyi orqan, şikayət göndərmədiyi təşkilat qalmayıb. Ya cavab verməyiblər, ya da “plandadır” deyib, başdan ediblər.
Kənddə ancaq seçki kampaniyası dövrü olan ərazinin deputatı Aqiyə Naxçıvanlı isə, görünür, verdiyi sözü hələ kənddən çıxmamış unudub. Hər halda mandat almasından 4 il keçsə də, onun Xırxataladan olan seçicilərinin qaz və yol problemini qaldırdığına təsadüf olunmayıb. Kim bilir, bəlkə onu da eşidən olmadığından, danışmır…
Bir neçə il əvvəl kəndin aşağısına Daxili Qoşunların hərbi hissəsi gətiriləndə, orada əsgər və zabitlər üçün binalar tikiləndə kənd camaatı sevindi ki, nəhayət, yolumuz olacaq. Ancaq yolun yalnız hərbi hissəyə qədər olan hissəsinə – təxminən 50-60 metrə asfalt örtüyü tökdülər. Bununla da kənd camaatının dövlətə, hökumətə olan ümidlərini tam öldürdülər.
Elə camaat dövlətdən ümidini kəsdiyindən, öz hesabına yola çınqıl daş töküb ki, avtomobillə gedib-gəlmək mümkün olsun. Təbii ki, çarəsizlikdən salınan belə “yolun” da ömrü çox olmur. Tez-tez dağılır, avtomobillərin ciddi ziyan görməsinə səbəb olur.
Ancaq Xırxatala camaatının dərdi tək yol deyil. Kənd camaatı 30 ilə yaxındır ki, həm də təbii qaz üzünə həsrətdir. Qazı kənd camaatı yalnız 92-93-cü illərdə görüb… Bəli, indi çoxumuzun bəyənmədiyi, məmurların, vəzifədəki şəxslərin hər fürsətdə tənqid etdiyi, lağa qoyduğu “cəbhə hakimiyyəti” dövrü.
Müstəqilliyin ilk illərində ölkənin qazlaşdırılması istiqamətində başlanan işlərdən faydalanan kəndlərdən biri də Xırxatala olub. Cəmi bir-neçə ay içərisində kəndə qaz çəkildiyindən, 92-ci ilin qışını camaat odun dərdi olmadan keçirib.
Ancaq kəndə verilən qazın da ömrü cəmi il yarım olub. Növbəti ilin sonlarından kəndə verilən qaz kəsilib. Nə bunun səbəbini izah edən olub, nə də camaatın şikayətlərinə cavab verən. Kənd ağsaqqallarının, ziyalılarının müraciət etmədiyi yer qalmayıb. Ən yaxşı halda onları “plana salınacaq” deyib yola salıblar. Camaat isə hökumətdən ümidini kəsmədiyindən, kəndə 92-ci ildə çəkilmiş qaz borusunu belə qoruyub saxlayıb. Bəlkə, hökumət nə vaxtsa insafa gələr, bu kəndə də qaz verər deyə…
Ancaq artıq bu ümid də “ölüb”. Məsələ ondadır ki, bir neçə il əvvəl qonşu kəndlərə qaz xətti çəkilsə də, Xırxatala yenə “ofsaydda” qalıb. İşin ən qəribə tərəfi də odur ki, qonşu kəndlərə çəkilən qaz kəməri məhz Xırxatalanın ərazisındən keçir. Kəndin aşağısındakı əkin torpaqlarından, yaşayış evlərindən cəmi 1-2 km uzaqlıqdan keçən bu kəmər kənd camaatı üçün sözün həqiqi mənasında göz dağına çevrilib.
Qaz kəməri kəndin ərazisindən keçdiyi, hazır qaz xətti olduğu halda, Xırxatala camaatına niyə qaz verilməməsi həqiqətən təəccüblüdür. Buna məntiqli bir cavab tapmaq mümkün olmadığından, kənd camaatı yazının girişində qeyd etdiyimiz kimi müxtəlif mülahizələr irəli sürür…
Məsələnin təəccüblü və qəribə tərəfi həm də ondadır ki, bu kəndlə bağlı ölkə prezidenti İlham Əliyevin tapşırığı belə yerinə yetirilməyib. Belə ki, hələ xeyli müddət əvvəl Prezident Qəbələdə olarkən onunla görüşən kənd sakinləri yol və qaz probleminin həlli üçün köməklik istəyiblər. Ölkə başçısı da müvafiq orqanların rəhbərlərinə kəndin problemlərinin ən qısa vaxtda həllini tapşırıb. Ancaq qeyd etdiyimiz kimi, problem həllini tapmayıb…
O vaxtdan sonra “Azəriqaz”ın da, “Azəravtoyol”un da rəhbərləri dəyişib. Ancaq belə görünür ki, yol və qaz çəkmək üçün tələb olunan “şərtlər” dəyişməyib. Camaatın əksəriyyəti “Azəriqaz”ın və “Azəravtoyol”un rəhbərliyinin “şirinliyini” çatdırmadığı üçün onlara qaz və yol verilmədiyi qənaətindədir… Hətta qaz çəkilməsi üçün “şirinliyin” ikiqat olması, Energetika Nazirliyinin də “razı salınması” gərəkdiyi deyilir. Çünki hansı kəndə qaz çəkiləcəyini bu nazirliyin plana saldığı bildirilir.
Kənd camaatı indi bu “şirinlikləri” də verməyə razıdır. Sadəcə kimə və nə qədər verəcəklərini bilmirlər…
Qaz və yolun olmaması isə kəndin getdikcə boşalmasına səbəb olur. Cavanların əksəriyyəti kəndi tərk edib, ya rayon mərkəzinə, ya paytaxta, ya da xarici ölkələrə köçür. Təsadüfi deyil ki, əvvəllər kənd məktəbində bir neçə birinci sinif olurdusa, hazırda bir birinci sinifi belə formalaşdırmaq üçün kifayət qədər uşaq yoxdur.
Eyni zamanda, qaz və yol olmadığından, kənddə camaatın məşğulluğu üçün hər hansı iş yerinin açılması, əkinə yararlı torpaqlardan səmərəli istifadə edilməsi də mümkün olmur. Bu da kənd camaatı arasında işsizliyin və yoxsulluğun artmasına səbəb olur. Halbuki, qaz və yolun olması əlverişli ərazidə yerləşən kənddə turizm obyektlərinin tikintisinə, emal müəssisələrinin açılmasına, kənd camaatının öz məhsullarının bazarlara rahat çıxarmasına, fermer təsərrüfatlarının yaranmasına, bir sözlə Xırxatalada həyatın canlanmasına səbəb ola bilər. Bu da həm kənddən köçən gənclərin sayının azalmasına, həm də kənd camaatının gəlir əldə etməsinə şərait yaradırdı.
Ancaq bütün bunlar başı dövlətin pullarını öz şəxsi bizneslərinə yönəltməyə qarışmış “Azəriqaz”ın və “Azəravtoyol”un rəhbərliyini elə də maraqlandırmadığından, kəndin qaz və yol problemi 30 ilə yaxındır həll olunmamış qalır.
Buna görə də, kənd camaatı son ümid yeri kimi Prezident İlham Əliyevə və I Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edərək, kömək istəyirlər. Kəndin yol və qaz probleminin həlli üçün tapşırıq verilməsini xahiş edirlər./AzPolitika.info/
Paylaş:
Müəllif : Yazar
Tarix:9-09-2019, 12:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-09-2019, 12:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26