reklam
Regionxeberlericom.az » Gündəm » Nazirlik qalmaqallı şirkətlə daha bir müqavilə imzaladı – Bu dəfə 12 milyonluq

reklam

Nazirlik qalmaqallı şirkətlə daha bir müqavilə imzaladı – Bu dəfə 12 milyonluq


















Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.

“TAİS-İKF” MMC Elm və Təhsil Nazirliyinin sifarişi ilə Gəncə şəhəri, Bakı şəhərinin Səbail və Nizami rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin 2024-cü il ərzində yeməklə təchizatını həyata keçirəcək.

Nazirlik yeməklər üçün “TAİS-İKF” MMC-yə 12 milyon 86 min 74 manat 29 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “TAİS-İKF” MMC 30 iyun 1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov küçəsi, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.

Qeyd edək ki, “TAİS-İKF” MMC bir neçə gün əvvəl Elm və Təhsil Nazirliyinin keçirdiyi 14,3 milyon manatlıq daha bir tenderi udub.

Onu da bildirək ki, tenderin qalibi olan “TAİS-İKF” MMC-nin adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.

Daha ətraflı məlumat aşağıdakı keçiddən öyrənə bilərsiniz:

Adı şagirdlərin zəhərlənməsində keçən şirkət nazirliyə 14 milyonluq ərzaq satacaq





Paylaş:


Müəllif : Tarix:
10-01-2024, 10:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər