“Şeyx məndən 260 min dollar alıb villa tikib” - Qudasından ŞOK AÇIQLAMA
Sabiq deputat Qalib Salahzadə qudası, Şeyxülislam Hacı Allahşükür Paşazadənin dəbdəbəli villası ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
RegionXəbərləricom.az xəbər verir ki, Pravda.az-a danışan Qalib Salahzadə sözügedən villanın borcla tikildiyini iddia edib:
“Şeyxin də, mənim də arxamca nələr danışırlar? Nə edək? Hər kəs özünə görə danışır, görünür, qabiliyyətləri budur. Oturmuşam, həmin villada. And olsun Allaha, Şeyx bu evi tikdirəndə mən özüm ona 260 min dollar borc pul vermişəm. Şeyx ondan-bundan borc edib ev tikib ki, gələn var, gedən var. Qoy deməsinlər ki, gör Şeyx harada yaşayır. Bu adamın qonaq-qarası olur. Bəlkə, məndən başqa da kimdənsə, dostlarından, üç-beş adamdan da borc alıb, bunu deyə bilmərəm. Mən öz yerimə and içirəm ki, borc vermişəm ki, bu adam ev tikir”.
Sabiq deputat daha sonra bunları deyib: “Bir də, hər kişiyə borca pul vermirlər axı. Onun hörməti, avtoriteti, mənliyi olub. Nə qədər istəyibsə pul vermişəm. Yəqin indi Şeyx mənə əsəbləşəcək ki, bir dəfə pul vermisən, hər yerdə deyirsən. Şeyxin mənim kimi saysız-hesabsız dostları olub. İndi kiməsə hesabat versin ki, mən filankəsdən kömək almışam?”
Paylaş:
Müəllif : Fuad
Tarix:15-01-2024, 20:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər