Kamal Abdulla məhkəməyə verildi – İşdə nazirin də adı hallanır
Azərbaycan Dillər Universitetinin qalmaqalla işdən çıxarılan dekanı Vüsalə Ağabəyli ali məktəbin rektoru, akademik Kamal Abdullanı Məhkəməyə verib.
regionxeberlericom.az BakuPost-a istinadən xəbər verir ki, keçmiş dekanın iddiası əsasında Nəsimi Rayon Məhkəməsində dünən iclas keçirilib.Hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən məhkəmədə Kamal Abdullanın vəkili Azad Məmmədov prosesin Nərimanov Rayon Məhkəməsinə keçirilməsi üçün vəsatət qaldırıb, lakin vəsatət qəbul olunmayıb. Məhkəmə 20 sentyabr 2019-cu il tarixinədək təxirə salınıb.
Prosesdən sonra sabiq dekan jurnalistlərə açıqlamasında bildirib ki, Kamal Abdulla məsuliyyəti ö üzərindən atmaq üçün cavabdeh qismində Təhsil Nazirliyini göstərir: “Əgər Kamal Abdulla cavabdeh şəxs qismində Təhsil Nazirliyini görmək istəyirsə, belə çıxır ki, 70 ç maddəsi ilə verdiyi xitam əmrində, töhmət əmrlərində, maaşımın kəsilməsində və s. indiyə qədər mənə etdiyi təzyiqlərdə Təhsil Nazirliyini özü ilə ortaq və günahkar hesab edir. Belədirsə, buyursun, Ceyhun Bayramov rektor Kamal Abdullaya və ali təhsil ocağında bizim başımıza gətirilənlərə gecikmiş münasibətini bildirsin.
Mən Ceyhun Bayramova müraciət edəndə hələ dekan idim, Parvin Mursalova müraciət edəndə hələ müəllim idi, müraciətdən sonra işdən çıxarıldıq. Kamal Abdullanın bu gün məhkəmədə qaldırdığı vəsatət və cavabdeh şəxs olaraq, işi Təhsil Nazirliyinə yönəltməsi, ancaq və ancaq bu anlama gəlir ki, bizim işdən çıxarılmağımızda Ceyhun Bayramovun rolu var. Necə olur ki, 80-ə yaxın kəsirli tələbəyə diplom verir, ölü canları saxlayır, elm adamlarını təzyiq altına salır, onu 70 ç maddəsi çıxarmırlar, amma bir dostunun qızının dərsini aşağı balla qiymətləndirdiyim üçün məni 70 ç maddəsi ilə çıxarır?! Təhsil Nazirliyi öz vəzifə borcunu yerinə yetirsin, əgər Kamal Abdullaya qarşı söz deməyə, real faktlara uyğun araşdırma aparmağa cəsarətləri çatmırsa, onda ləğv olunsun həmin strukturlar.
Əgər konstitusiyanın, əmək məcəlləsinin müvafiq maddələrinə, təhsil haqqında əsasnamələrə uyğun davranmırsa Kamal Abdulla, onda bu konstitusiya, əmək məcəlləsi yalnız mənimkimilər üçündür? Kim verəcək bizim haqqımızı, kim müdafiə edəcək bizi? Niyə göz yumulur rəsmi orqanlarda? Nəyi gözləyirsiniz?”
Paylaş:
Müəllif : Yazar
Tarix:10-09-2019, 12:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-09-2019, 12:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39