Yevlaxda Ticarət Mərkəzi tikdirən idarə müdirinə görə Saleh Məmmədovun məsuliyyəti... - BU NƏDİ BELƏ?!
54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimov Yevlax şəhər Heydər Əliyev prospekti 52 ünvanında yerləşən 2 mərtəbəli ticarət mərkəzi tikdirir...
Əslində bu Azərbaycan reallığı üçün sıradan bir xəbərdir. Çünki Bakıdakı yüksək ranqlı məmurların ölkə daxilində və xaricində çoxlu bizneslərinin olduğu kimi, rayonlardakı orta və kiçik çinli məmurların da yerlərdə və Bakıda çox saylı mülk və biznes obyektlərinin olması heç kimə sirr deyil. Hətta bəzi xırda məmurların belə xaricdə mülkləri və biznes obyektlərinin olması da məlumdur. Onların bu mülklər və biznes obyektləri üçün pullarını hardan qazandıqları da heç kimə sirr deyil. Bu pulların hamısı dövlət büdcəsindən korrupsiya yolu ilə mənimsənilib. Halbuki o pullar sosial layihələrə sərf edilməli və həmin layihələr daha keyfiyyətli şəkildə həyata keçirilməliydi.
Açığı desək bu məsələ bizim, yəni bütün Azərbaycanın yaralı yeridir. Ona görə də 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimov Yevlaxda Ticarət Mərkəzi tikdirməsi də sıradan bir xəbərdir və bununla bağlı Məzahir Səlimovla korrupsiyaya qarşı mübarizə aparan qurumların maraqlanmayacağını hamı bilir. Lakin Məzahir Səlimovun məsələsində diqqət çəkən bir neçə məqam var. Onlardan birincisi 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisinin Yevlaxda tikdirdiyi Ticarət Mərkəzinin öz adına sənədləşdirməsidir. Çoxları öz biznes strukturlarını yaxın qohumlarının, mülklərini isə ailə üzvlərinin adına sənədləşdirirlər. Amma Məzahir Səlimov belə davranmayıb.
Diqqət çəkən başqa bir məqam isə odur ki. dünənə qədər işğal altında olan Xocalının Yol İstismar İdarəsinin rəisi bu qədər pulu hardan qazanıb. Xocalının Yol İdarəsinin rəisi haralarda yol çəkib ki, bu qədər varlana bilib? Məlumata görə son 3 ildə Məzahir Səlimov işğaldan azad olunan ərazilərdə yol çəkir. Demək ki, Məzahir müəllim “müqəddəs tikəyə” əl uzadıb...
Bu arada görəsən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bu barədə nə düşünür? İşğaldan azad olunan ərazilərin bərpası üçün ayrılan pullarla Yevlaxda Ticarət Mərkəzinin tikilməsi cənab Məmmədova necə təsir göstərir? Saleh Məmmədovun bu barədə xəbəri olmaya bilərdi. Halbuki bu az inandırıcı görünür. Çünki hələ Cavid Qurbanovun vaxtından bütün rayonların yol idarələrinin müdirləri “şah balası” kimi yaşayırlar və onların hamısı hardasa milyonçulardı.
Yəni uzun illərdir ki, bu sistemdə çalışan Saleh Məmmədovun bu Agentlikdə baş verən korrupsiyalardan xəbərsiz olması imkansızdır. Digər tərəfdən isə yerli mətbuatda gedən yazılardan çıxış edərsək, uzun illər boyu Azərbaycanda yol çəkməklə məşğul olan Saleh Məmmədov özü də “süddən çıxmış ağ qaşıq deyil” və yazılanlara inanarsaq cənab Məmmədovun oğlunun adına xarici ölkələrdə dəyəri on milyonlarla ölçülən mülklər və biznes obyektləri var. O üzdən də Saleh Məmmədovun Məzahir Səlimovun korrupsiyasından bixəbər olması az inandırıcı görünür...
Belə çıxır ki, Saleh Məmmədov işğaldan azad olunan ərazilərə ayrılan vəsaitlərin mənimsənilməsinə göz yumur. Ya da bu vəsaitlərin mənimsənilməsində iştirakçı olur. Biz arzu edərdik ki. bu ehtimalalrın heç biri doğru olmasın. Lakin məsələ ondadır ki, Saleh Məmmədovun yol idarələrində baş alıb gedən korrupsiyadan bixəbər olmasını qəbul etsək belə, onun bundan sonrakı davranışları çox şeydən xəbər verəcək. Çünki cənab Məmmədov artıq Məzahir Səlimovun korrupsiyasından xəbərdardır.
Şekspirin təbiri ilə desək, indi bütün məsələ “olum, ya da ölüm” məsləsidir. Yəni Saleh Məmmədov məsuliyyətini dərk edərək “müqəddəs tikəyə” uzanan haram əli kəsəcəkmi, yoxsa yox?..
Poliqon.info
Paylaş:
Müəllif : Fuad
Tarix:25-01-2024, 10:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər