reklam
Regionxeberlericom.az » Gündəm » Ukraynanın Krasnodardakı neftayırma zavodunu vurduğu deyilir

reklam

Ukraynanın Krasnodardakı neftayırma zavodunu vurduğu deyilir


















Rusiyanın Tuapse şəhərində (Krasnodar diyarı) cümə axşamı səhər saatlarında “Rosneft” neft emalı zavodunda irimiqyaslı yanğın baş verib.

RegionXəbərləricom.az “Azadlıq” radiosunun Rusiya xidmətinə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

Məlumata görə, yanğın yanvarın 25-nə keçən gecə baş verib və Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb. Əməliyyat qərargahı yanğının səbəblərinin müəyyənləşdirildiyini bildirib.

Sosial şəbəkələrdə hücum edilən obyektdə baş verən yanğınla bağlı fotolar və videolar yayılıb.

“112” teleqram kanalı isə yanğına səbəbin pilotsuz təyyarənin hücumu ola biləcəyini bəyan edib. Kanalın məlumatına görə, yanğından əvvəl şəhərdə hava hücumu ilə bağlı partlayış səsləri eşidilib. Ukraynanın UNIAN agentliyi də neft emalı zavoduna dron hücumu barədə məlumat yayıb.

“Baza” teleqram kanalı isə yazıb ki, gecə yarısı pilotsuz təyyarə obyektdəki vakuum qurğusuna düşüb.

Digər ictimai səhifələrdə yanğının şəhərin müxtəlif yerlərindən göründüyü yazılıb.

Yerli hakimiyyət orqanları və Rusiya Müdafiə Nazirliyi dron hücumu barədə məlumat verməyib. Tuapse şəhərinin rəhbəri Sergey Boyko neft emalı zavodunun ərazisində vakuum qurğusunun yandığını təsdiqləyib. Ancaq yanğının səbəbləri və versiyaları barədə məlumat verməyib.

Hadisə ilə bağlı Soçi Beynəlxalq Hava Limanı iki saata yaxın təyyarələrin gəlişini və gedişini dayandırıb. “İnterfaks”ın verdiyi məlumata görə, məhdudiyyətlər dron hücumu təhlükəsi ilə bağlı tətbiq edilib.




Paylaş:


Müəllif : Tarix:
25-01-2024, 11:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər