reklam
Regionxeberlericom.az » Gündəm » İmişlidə ekoloji talan davam edir - 3 saylı RETSİ-niyə susur?

reklam

İmişlidə ekoloji talan davam edir - 3 saylı RETSİ-niyə susur?












İmişlidə ekoloji talan davam edir - Şahverdili kəndində qanunsuz qum-çınqıl çıxarılmasını həyata keçirən Malik Həsənov qanunları tapdaq altına atıb

Ötən həftə İmişli rayonu Göbəktala bələdiyyəsinin ərazisində yerləşən Şahverdili kəndində qanunsuz qum-çınqıl çıxarılması ilə bağlı oxucularımıza məlumat vermişdik.

Həmin məlumatda bildirmişdik ki, Şahverdili kəndində qanunsuz qum-çınqıl satışına Göbəktala bələdiyyəsinin sədri Malik Həsənov həyata keçirir.

Saytımıza daxil olan yeni məlumatda qeyd edilir ki, hazırda Şahverdili kəndi ərazisindən qanunsuz olaraq qum-çınqıl daşınması davam etməkdədir.

Ərazidə qırmızı kitaba düşən yulğun ağaclarının kütləvi məhv edilməsi davam edir. Qanunsuz qum-çınqıl çıxarılmasına və yulğun ağaclarının məhv edilməsinə cavabdeh qurum olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarləsinin səlahiyyətli nümayəndələri nədəndə əraziyə baxış keçirib lazımı tədbir görmürlər.

Bildirilir ki, Şahverdili kəndində baş verənlərdən 3 saylı RETSİ rəisi Elnur Cəlilovun və idarənin digər işçiləri məlumatlıdırlar.

Bu isə o anlama gəlir ki, Elnur Cəlilov hansısa maraqlar naminə Şahverdili kəndində yerlatı sərvətləri talayaraq qanunsuz qum-çınıql yığılmasına və yüzlərlə yulğun ağacının kəsilməsinə göz yumur.

Mövzunu davam etdirəcəyik.

Qarşı tərəfin mövqeyini dərc edə bilərik.

gundeminfo.az




Paylaş:


Müəllif : Tarix:
27-01-2024, 12:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər