reklam
Regionxeberlericom.az » Gündəm » Mahir azadlığa buraxıldı

reklam

Mahir azadlığa buraxıldı
















Qanunsuz olaraq külli miqdarda narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror meyxanaçının verilmiş ittihamla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəsssisəsində çəkməsi şərti ilə 3 il müddətə azadlıqdan məhrum edilməsini tələb edib.

Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan edib.

Hökmə əsasən, M.Qonşuyevə 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, meyxanaçı ötən ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

(Qafqazinfo) 




Paylaş:


Müəllif : Tarix:
30-01-2024, 15:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər