Sağlamlığımızı etibar etdiyimiz həkimlərin özlərinin sağlam şəraitdə işləməsinə ehtiyac var - QAZAXDA ( FOTOLAR)
Qazax rayon Müalicə Diaqnostika Mərkəzində xəstəxananın istilik sistemi işləmir.
32gun.az-a daxil olan məlumata görə, xəstəxanada çalışan Afiq adlı şəxs xəstəxanada işləyən həkimlərin otağına daxil olub və otaqda olan elektrik enerjisi ilə işləyən "qızdırıcı sobaları" yığışdıraraq başqa bir otağa qoyaraq otağın qapısını bağlayıb.
Verilən məlumata görə, həmin xəstəxanada istilik sistemi olan "kondisioner" işləmir. Elə ona görə də orada çalışan işçilər (həkimlər) qızdırıcı sobadan istifadə etmək məcburiyyətində qalıb.
Əlavə onu da qeyd edək ki, Milyonlarla pul xərclənən Qazax Müalicə Diaqnostika Mərkəzinin binası çox keçmədən yarasız hala düşüb. Şəkildən də gördündüyü kimi yaxın bir nəçə il bundan əvvəl tikilib istifadəyə verilmiş olan və dəyəri milyonlarla ölçülən Diaqnostika Mərkəzi çox keçmədən bərbad vəziyyətə düşüb.
Bu gün sağlamlığımızı etibar etdiyimiz həkimlərin görünür ki, özlərinin sağlam yaşaması üçün,yaxşı şəraitdə işləməsinə böyük ehtiyac var.
Qışın bu şaxtalı çağında xəstəxananın istilik sisteminin işləməməsi sözün əsl mənasında biabırçılıqdır!
Qazax rayon Mərkəzi Xəstəxanasının Direktoru Sevda Məmmədova bu barədə nə düşünür görəsən?
Öz otağının isti olması və kreslosu rahat olan Sevda xanım, deyəsən ətrafına nəzər yetirmək, onların problemləri ilə maraqlanmaq ağlının belə ucundan keçmir?! Əsas odur "müdür"ün yeri rahat olsun,digərləri soyuqdan donsa da olar.
Digər biabırçı vəziyyət isə Diaqnostika Mərkəzinin sanuzel və sanitar qovşağından bağlıdır. Görüntülərdən də aydın olur ki, Sistem Dağılıb su öz-özünə yerə dağılıb.
Hörmətli TƏBİB! Qazax Müalicə Diaqnostika Mərkəzində istilik sistemi işləmir, bəs siz bu barədə nə düşünürsüz??
Paylaş:
Müəllif : Fuad
Tarix:31-01-2024, 08:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər