Bakıda qadınları gətirib qanunsuz yarış keçirilir - Bunun arxasında kimlər dayanır?
Bakıda qanunsuz döyüş gecəsi keçiriləcək.
Prosport.Az-ın xəbərinə görə, bu gün saat 19:00-da "ABU Arena Hall" hotelində WIBA (Women's International Boxing Association – Qadınların Beynəlxalq Boks Assosiasiyası) kəməri uğrunda döyüş gecəsi baş tutacaq.
Döyüş gecəsində alman əsilli qazaxıstanlı WBC çempionu Anqelina Lukasla Pakistanın ilk qadın peşəkar boksçusu Roma Yusaf titul üçün qarşı-qarşıya gələcək. Bakıda belə bir yarışın keçirilməsi gözəldir. Ancaq gözəl olduğu qədər, qanunlara ziddir. Necə? İndi biz izah edəcəyik.
Bu yarış 2019-cu ildə yaradılmış Azərbaycan Peşəkar Boks Federasiyasının (APBF) dəstəyi ilə keçiriləcək. APBF isə Gənclər və İdman Nazirliyində rəhbər dəyişikliyindən sonra tətbiq olunan akkreditasiya sistemindən keçməyən qurumlardan biridir. Bunu nazirliyin saytındakı müvafiq bölməyə nəzər saldıqda da görmək mümkündür. Nazirlik tərəfindən akkreditasiyadan keçmiş 42 idman federasiyası, assosiasiyası və ya komitəsi arasında APBF-nın adına rast gəlmək mümkün deyil.
Nazirliyin kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədovu dinləyək: "Akkreditasiyadan keçməyən ictimai birliklər nəinki beynəlxalq turnir, heç ölkədaxili yarış da keçirə bilməz".
Nazirliyin boks üzrə kuratoru, İdman şöbəsinin aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev isə bu yarışın keçirilməsinin qanunsuz olduğunu bildirib: "Mənim belə yarışın keçirilməsindən xəbərim yoxdur. Səhhətimlə əlaqədar işə gedə bilmirəm. Təbii ki, akkreditasiyadan keçməyən qurumların yarış keçirməsi doğru deyil. Biz belə hallarla mübarizə aparırıq. Hətta nazirliyin və federasiyaların balansında olan idman arenalarına belə yarışları keçirməməyi tapşırmışıq. Ona görə də onlar hansısa şadlıq sarayı, restoran və hotellərdə bunu keçirir".
Bu yerdə qeyd edək ki, "ABU Arena Hall" hoteli əvvəllər sabiq iqtisadi inkişaf naziri, keçmiş Azərbaycan Həndbol Federasiyasının prezidenti Heydər Babayevə məxsus olub. Hətta onun vaxtında Bakının Koroğlu Rəhimov küçəsində "ABU Petrol" yanacaq doldurma məntəqəsi və "ABU Arena" da fəaliyyət göstərib. Heydər Babayevi federasiya prezidenti kimi "Azəryol"un İdarə Heyətinin sədri Saleh Məmmədov əvəzlədikdən sonra, ABU komandası "Azəryol", "ABU Arena" isə "AHF Arena" adına dəyişdirilib.
Bəs sözügedən federasiyanın prezidenti kimdir? Bu, 2019-cu ildən bu quruma rəhbərlik edən Artyom Həsənovdur. Həsənov keçmiş boksçu, həm də əvvəl adı "Rabitə", daha sonra "Baku Fight Lab" olmuş boks klubunun rəhbəri olub. Atasının işləri üzərindən biznes fəaliyyəti ilə də məşğuldur.
Yarışı reklam edən, bilet işlərini həyata keçirən isə tripsome.az saytıdır.
Ümid edirik ki, bu yazıdan sonra akkreditasiyadan keçməmiş federasiyalar belə qanunsuz yarışlara qol qoymaqdansa, akkreditasiyanın tələblərinə uyğun gəlmək üçün çalışacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-02-2024, 10:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər