Qazax rayon Müalicə Diaqnostika Mərkəzində Sevda xanımın görməzdən gəldiyi BİABIRÇILIQ
Qazax rayon Müalicə Diaqnostika Mərkəzində istilik sistemi işləmir.
Deyilənə görə 3 ildir ki, "kondisionerlər" xarab olub, təmir edən yoxdur. Orada çalışan işçilər isə bu barədə etiraz edə bilmirlər. Qorxurlar ki, birdən işdən çıxardarlar. Məcbur olub əyinlərini qalın geyinib, susmağa üstünlük veriblər.
"Azərbaycan Reallığı" xəbər verir ki, Qışın sərt ayı (fevral) hələ qabaqdadır, belə getsə işçilər məcbur olub otaqda tonqal qalamalı olacaqlar.
Mən başa düşmürəm, dəyəri milyonlarla ölçülən müasir tipli xəstəxananın kondisionerləri niyə işləmir? Üç ildir xarab olan kondisionerlər günü bu günə qədər niyə təmir olunmayıb?
Qazax rayon Mərkəzi Xəstəxanasının direktoru Sevda Məmmədova bu barədə nə düşünür? Hörmətli Sevda xanım, Kondisionerlər niyə işləmir??
Mən bildiyimə görə Qazax rayon İcra başçısı cənab Rəcəb Babaşov bu kimi işlərdə çox diqqətçildir. Xəstəxanaları tez-tez gəzib dolaşan rayon rəhbərinin görəsən doğurdanda bu kimi işlərdən xəbəri yoxdurmu?
Xəbəri yoxdursa, yəqin ki, bundan sonra xəbəri olar və işində məsuliyyətsiz olan şəxslər haqqında öz ciddi tapşırıqlarını verəcəkdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-02-2024, 10:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər