reklam
Regionxeberlericom.az » Gündəm » Ümumdünya Xərçənglə Mübarizə Günüdür

reklam

Ümumdünya Xərçənglə Mübarizə Günüdür


















Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin dərc etdiyi hesabata görə, 2022-ci ildə təxminən 20 milyon yeni xərçəng hadisəsi aşkar edilib və 9,7 milyon insan xərçəng səbəbiylə ölüb.

Hesabatda 2050-ci ildə xərçəngə yoluxma hallarının 77 faiz artacağı qeyd olunub.

Yoluxma hallarının 49,2 faizi Asiyada, 22,4 faizi Avropada, 13,4 faizi Şimali Amerikada, 7,8 faizi Latın Amerikasında, 5,9 faizi Afrikada, 1,3 faizi isə Okeaniyada aşkar edilib.

Dünyada ən çox yayılmış xərçəng növləri ağciyər, döş və kolorektal xəstəliklər olub. Ağciyər xərçəngi 2,5 milyon yeni hadisə ilə ümumi yeni halların 12,4 faizini təşkil edib və dünyada ən çox rast gəlinən xərçəng növü olaraq qeydə alınıb.

Bədənin demək olar ki, hər bir orqanında anormal hüceyrələrin nəzarətsiz böyüməsi ilə başlayan və digər orqanlara yayılan böyük bir xəstəlik qrupu olaraq təyin olunan xərçəng, dünyada ən öldürücü ikinci xəstəlik olaraq bilinir.

Fərqli toxumalarına görə adlandırılan 200-dən çox xərçəng növü müəyyən edilsə də, onların rastgəlmə tezliyi insandan insana dəyişə bilər.




Paylaş:


Müəllif : Tarix:
4-02-2024, 11:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər