reklam
Regionxeberlericom.az » Gündəm » RAQUB HƏSƏNOV LƏNKƏRANDA TƏBIƏTI MƏHV EDIR — ŞIKAYƏT

reklam

RAQUB HƏSƏNOV LƏNKƏRANDA TƏBIƏTI MƏHV EDIR — ŞIKAYƏT












Ölkədə ekoloji durumla bağlı ardıcıl fəaliyyəti ilə diqqətə gələn «Ecofront» nümayəndələri kömək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıblar.

Deryaz.az «Ecofront» nümayəndələrinin müraciətini təqdim edir:

«Cənab Prezident, 2021-ci ildə Lənkəran rayonunun Haftoni və Girdani kəndləri yaxınlığında aqrobağ salınması məqsədi ilə məhv edilən Hirkan meşələrindəki vəziyyəti ictimaiyyələşdirməyimizə reaksiya olaraq BetaTea şirkətinin məhv etdiyi 5 hektar meşə ərazisinə yenidən meşə bitkiləri əkildi və 43 hektar meşənin məhvini nəzərdə tutan müqavilə ləğv edildi.

Lakin həmin əraziyə bitişik meşə zolağında 130 hektar meşəni məhv edən «Asfalt Raqib» ləqəbli yerli məmur-sahibkarın gördüyü dağıdıcı fəaliyyətə heç bir hüquqi qiymət verilmədi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı audit yoxlamasına görə məlum olmuşdur ki, icarəçi nəinki ETSN naziri Muxtar Babayevin məhvinə razılıq verdiyi 100 hektar Hirkan tipli relikt meşəni məhv edib, üstəlik gözləri doymayıb 30 hektar da əlavə meşəni ləğv ediblər. Audit yoxlamasının nəticəsinə əsasən nazir Muxtar Babayev müqavilənin ləğvinə əmr versədə, hələ də əmr icra olunmayıb. 30 hektar əlavə məhv edilmiş ərazidə dövlət vəsaiti hesabına yenidən meşə bərpa tədbirləri görülsə də, 130 hektar meşəni məhv etmiş sahibkara qarşı heç bir hüquqi tədbir görülməmiş və o indi 100 hektar məhv edilmiş meşə zolağında aqropark salınmasına davam edir.

ETSN naziri Muxtar Babayevin bu mövzuda çarəsizliyini nəzərə alaraq sizə müraciət etmək qərarına gəldik. Bu dağıdıcı fəaliyyətin tamamilə dayandırılmasına, müqavilənin ləğv edilməsinə və məhv edilmiş ərazidə meşə bərpa tədbirlərinin başladılmasına göstəriş verməyinizi xahiş edirik




Paylaş:


Müəllif : Tarix:
7-02-2024, 09:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər