Sumqayıtda müəssisədə kütləvi zəhərlənmə
Bu gün saat 17:50 radələrində Sumqayıt şəhərində yerləşən müəssisələrdən birində baş verən zəhərlənmə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 briqadası hadisə yerinə cəlb edilib.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, hadisə nəticəsində 4 nəfər hospitalizasiya olunub. Dəm qazının toksiki təsiri diaqnozu ilə 1951, 1961, 1968 və 1996-cı il təvəllüdlü şəxslər (qadın cinsli) Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
1996-cı il təvəllüdlü şəxsə Reanimasiya şöbəsində, digərlərinə isə Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə sənaye zonasında fəaliyyət göstərən yuyucu vasitələr istehsal edən müəssisədə baş verib.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-02-2024, 21:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər