reklam
Regionxeberlericom.az » Gündəm » Emin Əmrullayev, Ülkər Səttarova və ayı 21 mini aşan müqavilə... - Nazirlikdə maliyyə əməliyyatları əndazəni aşıb

reklam

Emin Əmrullayev, Ülkər Səttarova və ayı 21 mini aşan müqavilə... - Nazirlikdə maliyyə əməliyyatları əndazəni aşıb









Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi Guryanov Əfqan Süleyman oğlu ilə icarə müqaviləsi bağlayıb.

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında yerləşən qeyri-yaşayış sahəsini təxminən 10 ay müddətində (09.02.2024-19.11.2024) icarəyə götürüb və icarə haqqı olaraq əmlakın sahibi olan Guryanov Əfqan Süleyman oğluna 216 min 223 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi 2022-ci ilin iyul ayında yaradılıb. Agentliyin Əsasnaməsi bir il sonra – 2023-cü ilin iyul ayında təsdiqlənib.

Qeyd edək ki, icarə müqaviləsi ilə bağlı diqqət çəkən bir sıra şübhəli məqamlar var.

Bunlardan biri odur ki, Dövlət Agentliyi qeyri-yaşayış sahəsini icarəyə götürmək üçün tender müsabiqəsi keçirməyib. Bir mənbədən satınalma metodu tətbiq edilib.

Halbuki, “Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;

– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

– Satınalma predmetinə təcili tələbat yarandıqda;

– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qeyri-yaşayış sahəsini icarəyə götürmək üçün yuxarıda göstərilən tələblərdən hansına istinad olunduğu aydın deyil.

Başqa bir məqam isə odur ki, icarə müqaviləsinin bu gün – 9 fevral tarixindən qüvvəyə minəcəyi qeyd olunur. Lakin, Dövlət Agentliyinin sosial şəbəkə hesablarında (https://www.facebook.com/eatdaeduaz/) qurumun ünvanı kimi Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 göstərilir. Eyni zamanda internet axştarış sitemlərində (“google.com/maps”, “earth.google.com” və s.) Aşıq Alı küçəsi 45 ünvanında artıq Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin yerləşdiyi qeyd olunub. Bu isə onu deməyə əsas verir ki, Dövlət Agentliyi icarə müqaviləsi imzalamadan qeyri-yaşayış sahəsindən ünvan kimi istifadə edib.

Onu da qeyd edək ki, Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin icarəyə götürdüyü binada daha əvvəl “Günay Bank” ASC-nin baş ofisi yerləşib. “Günay Bank” ASC 2023-cü ilin may ayında ləğv olunub.

Xatırladaq ki, ötən ilin oktyabr ayında elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarovanı tutduğu vəzifəsindən azad edərək Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə gətirib.

1986-cı il təvəllüdlü Ülkər Səttarova 2014–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Strateji planlaşdırma departamentinin müdiri, 2018–2020-ci illərdə strateji inkişaf üzrə prorektor olaraq fəaliyyət göstərib. 2020–2021-ci illərdə elm və təhsil nazirinin müşaviri, 2022–2023-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. Ülkər Səttarova Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovun həyat yoldaşıdır.

Mənbə: Yeniavaz.com




Paylaş:


Müəllif : Tarix:
11-02-2024, 10:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər