reklam
Regionxeberlericom.az » Gündəm » Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edildi – KİV

reklam

Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edildi – KİV
















Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxsin Azərbaycanda həbs edildiyi bildirilir.

Bu barədə yerli KİV məlumat yayıb.

APA yazır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Əliyev Yusif Sultan oğlu barədə həbs qətimkan tədbiri seçildiyi məlum olub.

Qeyd olunur ki, Yusif Əliyevə elan edilmiş ittihama əsasən, onun “Telegram” və “WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədi ilə xarici ölkələrə köçürdüyü müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

Bildirilir ki, davam edən cinayət işi üzrə Yusif Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilir.




Paylaş:


Müəllif : Tarix:
12-02-2024, 09:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər