reklam
Regionxeberlericom.az » Gündəm » Göyçayda əhalinin sağlamlığı ciddi təhlükədə-ŞİKAYƏT (VİDEO)

reklam

Göyçayda əhalinin sağlamlığı ciddi təhlükədə-ŞİKAYƏT (VİDEO)



















Göyçay rayonu birinci Ərəbcəbirli kənd sakini 1-ci qrup hərbi əlil, ictimai fəal Məhəmmədəli Azər oğlu Səmədov mətbuat vasitəsi ilə ölkə rəhbərinə və digər aidiyyatı qurumlara müraciət ünvanlayır.

"Bildirmək istəyirəm ki, Göyçay rayonu Qarabaqqal kəndində hektarlarla torpaq sahəsini əhatə edən "zibil poliqonu" mövcuddur. Həmin poliqonda istehsalat və məişət tullantıları qalaq-qalaq yığılıb. Hətta ölmüş heyvan leşlərini belə bura atırlar. Hansıki yaxınlığında evlər, fermalar var. Camaatın mal-qarası zibillikdə eşələnir. Elə ona görə də kənddə xeyli sayda onkoloji və digər xəstəliklərə yoluxmuş insanlar yaşayır.

Göyçay Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan "Şəhər Təsərrüfatı Birliyi" rayonun bütün zibillərini bura daşıyır. Əslində isə tullantılar məhv edilməli və ya basdırılaraq üzəri dezinfeksiya olunmalıdır. İllərdir ki, bu poliqonun yığışdırılması, yaxud zərərsizləşdirilməsi üçün kənd sakinləri fərdi və kollektiv şəkildə şikayətlər ediblər. Lakin aidiyyəti qurumlar heç bir tədbir görmür".


RegionXəbərləricom.az




Paylaş:


Müəllif : Tarix:
12-02-2024, 12:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər