İşçilərin maaşını ödəməyən şirkət 20 min cərimələndi

Bakıda işçilərin əmək hüquqlarının pozulmasına görə daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.
Baş Prokurorluğu xəbər verir ki, “İnternational Technology and Construction” MMC tərəfindən Qaradağ rayonunda bir neçə şəxsin əmək hüquqlarının pozulması barədə müraciət daxil olub. Bununla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı MMC-nin qanuni təmsilçisi Fuad Fətəliyev tərəfindən bir neçə şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi və əməkhaqqının ödənilməməsi müəyyən edilib.
Fakt üzrə Qaradağ Rayon Prokurorluğunda hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əməkhaqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-02-2024, 14:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Putin Avropa qoşunlarının Ukraynaya daxil olmasına razılaşacaq” – Makron Trampla razılaşmalardan danışdı

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır