Keçmiş nazirlərlə bağlı niyə cinayət işi başlanmır? - Açıqlama
Bir neçə gün əvvəl Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri Siyavuş Novruzov olduqca ciddi bəyanatla çıxış edərək, keçmiş nazirlərin milyardlar taladığını bildirib. Hakim partiyanın funksioneri eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək əlavə edib ki, bəzi sabiqlərin xaricdəki mühacirləri maliyyələşdirdiyini iddia edib.
Böyük əksəriyyət hakim partiya rəsmisinin dilindən səslənən bu ittihamları sözgəlişi iddia kimi qiymətləndirmir. Bu fikri formalaşdıran bir neçə amil var. Məsələn, hakim partiyada əhəmiyyətli nüfuza malik olan, Milli Məclisdə komitələrdən birinə rəhbərlik edən Novruzovun sıradan biri kimi dəyərləndirilməsi, mahiyyətdən yayınmadan başa bir şey ola bilməz. Üstəlik, YAP funksioneri ittihamlarının çəkisini anlamamış deyil. O üzdən, “masasının üzərindəkini” yada salması faktla danışmasına birbaşa işarə idi. Bu, həm də hüquq mühafizə orqanlarına eyham hesab edilə bilər.
Lakin 2 gün əvvəl bu barədə “Trend”ə açıqlama verən Baş Prokurorluğun rəsmisi Eldar Sultanov bildirib ki, qeyd edilən məsələlərlə əlaqədar təmsil etdiyi qurumda hər hansı araşdırma aparılmır.
Xeyli vaxtdır mətbuata telefonlarını qapatmış bir neçə keçmiş nazir artıq YAP rəsmisinin ittihamları ilə bağlı açıqlama verib. Açıqlamalarda ittihamları öz üzərinə götürən olmayıb.
Bəs görəsən, bu ittiham üzrə cinayət işi başlanacaqmı? Yaxud ümumiyyətlə, hansı sabiqlər barəsində cinayət işi başlana bilər?
Bu barədə “Yeni Sabah”a açıqlama verən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev məsələ ilə bağlı araşdırma başladılması üçün nələrin lazım olduğunu deyib:
“Məsələ burasındadır ki, Siyavuş Novruzov ölkədə ciddi vəzifəli şəxslərdən biridir. O həm millət vəlkili, həm komitə sədri, eyni zamanda YAP icra katibinin müavinidir. Təbii ki, belə yüksək vəzifəli şəxsin açıqlaması diqqəti cəlb edir. O cümlədən, bir çox məmurların korrupsiaysını özündə əks etdirən faktın olması ilə bağlı çıxışı, əlbəttə ki, ciddi bəyanatdır. Çünki bu bəyanat yüksək vəzifəli bir şəxsin dilindən səslənib və ictimaiyyətin də diqqətini cəlb edib. Ümid edirəm ki, hüquq mühafizə orqanları bununla bağlı araşdırma aparacaq. Ola bilsin ki, hazırkı şəraitdə araşdırmalar yoxdur. Çünki yenicə belə bir iddia ilə çıxış edilib. Eyni zamanda bu çıxışda konkret şəxslərin də adı yoxdur. Bu baxımdan da ola bilər. Eyni zamanda bu bəyanatla çıxış edən şəxs tərəfindən sonradan bir mülahizə kimi də təqdim edilə bilər. Ona görə prokurorluq bu məsələdə tələsmir, faktları da gözləyir və tələsmədən belə reaksiya vermişdir. Siyavuş Novruzov tərəfindən prokurorluğa müraciət ediləcəksə, heç şübhəsiz ki, bununla bağlı müvafik araşdırma aparılacaq. Eyni zamanda hüquq mühafizə orqanları da bu barədə araşdırma apara bilər. Qanunvericilikdə “bilər” sözü var, imperativ qaydada deyil. Ümid edirəm ki, bu məsələlərə sonrakı vaxtlarda aydınlıq gələcəkdir ki, söhbət kimdən gedir, nədən gedir… Çünki korrupsiya cinayətləri ilə bağlı belə bir müraciətlər varsa, 20 gün müddətində baxılmalıdır. Ona görə də Siyavuş Novruzov tərəfində belə bir müraciət olunarsa, məsələ araşdırılacaq. Bir daha qeyd edim ki, bu çox ciddi bəyanatdır, açıqlamadır. Çünki yüksək vəzifəli şəxs tərəfindən açıqlanır. Yəqin ki, sonrakı günlərdə bu məsələyə aydınlıq gətirilməsinin şahidi olacağıq”.
O, hüquq mühafizə orqanlarının məsələ ilə bağlı müstəqil araşdırma apara biləcəyini də deyib: “Müraciətin olunması artıq araşdırılmanın başlanmasının əsas şərtidir. Amma eyni zamanda hüquq mühafizə orqanları öz təşəbbüsü ilə də belə bir araşdırmaya başlaya bilər. Qanunvericilikdə bu qadağan olunmur”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:12-09-2019, 13:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:12-09-2019, 13:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39