reklam
Regionxeberlericom.az » Gündəm » Novruz bayramı ərəfəsində əfv olacaq? - AÇIQLAMA

reklam

Novruz bayramı ərəfəsində əfv olacaq? - AÇIQLAMA
















“Əfv sərəncamının imzalanması birbaşa ölkə başçısının müstəsna səlahiyyətindədir. Son günlər ölkədə əfv olacağı ilə bağlı fikirlərin səslənməsi adətən əvvəlki illərdə Novruz bayramı ərəfəsində həmin qərarın imzalanması ilə əlaqədardır. Amma bu il Novruz bayramı ərəfəsində əfv sərəncamının olması ilə bağlı ehtimallar o qədər böyük deyil”. 

Bu sözləri Teleqraf.com-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

“Novruz bayramına uzun müddət qalmayıb. Bu müddət ərzində Əfv Komissiyasının toplaşıb daxil olan sənədlərlə bağlı müzakirələrin aparılması üçün o qədər də çox müddəti yoxdur. Ona görə də Novruz ərəfəsində əfv sərəncamının olması ehtimalı azdır. Prezident seçkiləri yeni başa çatıb. Dövlət başçısının andiçmə mərasimi oldu, indi hökumətin formalaşması prosesi gedir. Nəzərə alaq ki, Əfv Komissiyasının üzvlərinin bir qismi hökumətdə yüksək vəzifə tutan şəxslərdir. Prezidentin sərəncamı ilə hazırkı hökumətə, yeni hökumətin formalaşdırılması ilə bağlı səlahiyyət və vəzifələrin icrası tapşırılıb. Düşünürəm ki, hökumət tam formalaşdıqdan sonra Əfv Məsələləri Komissiyasının iclaslarının keçirilməsi gündəmə gələ bilər”, - o bildirib.

Əliməmməd Nuriyev vurğulayıb ki, hazırda Əfv Komissiyasının iclasları keçirilmir: “İclasların çağırılması məsələsi var. Daxil olan müraciətlərlə bağlı müvafiq sənədlər hazırlanaraq Əfv Komissiyasının sədrinə təqdim olunur. Sədr tərəfindən də iclaslar keçirilir. Hazırda ölkədə mühüm dəyişikliklərlə ciddi işlər gedir. Bütün bunlar başa çatdıqdan sonra bu məsələ gündəmə gələ bilər”. 





Paylaş:


Müəllif : Tarix:
17-02-2024, 13:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər