reklam
Regionxeberlericom.az » Gündəm » Məktəblilərin biabırçı görüntüləri ilə bağlı daha bir RƏSMİ AÇIQLAMA

reklam

Məktəblilərin biabırçı görüntüləri ilə bağlı daha bir RƏSMİ AÇIQLAMA


“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı məsələni nəzarətə götürüb”.

Bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu məlumat verib. 

O qeyd edib ki, hüquq-mühafizə orqanlarında iş aparılır:

“Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi də açıqlamasında paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələnin nəzarətə götürüldüyünü qeyd edib.

Xatırladaq ki, görüntülərdə yeniyetmə qız digərinin alnına ədəbsiz söz yazaraq onun başında yumurta qırır. Digəri isə qayçı ilə qızın saçını kəsir. 

Əldə etdiyimiz məlumata görə, görüntülərdə məktəbliyə qarşı ədəbsiz hərəkət edənlərdən biri hazırda sözügedən məktəbdə təhsil alır.




Paylaş:


Müəllif : Tarix:
20-02-2024, 10:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər