reklam
Regionxeberlericom.az » Gündəm » AĞDAŞDA "EKOLOJİ TERROR" - Sakinlərin şikayətinə baxan yoxdur / Fotolar

reklam

AĞDAŞDA "EKOLOJİ TERROR" - Sakinlərin şikayətinə baxan yoxdur / Fotolar











Ağdaş rayon saki Məhərrəmov Elşən Feruz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, bildirir ki, Ağdaş Rayon İcra Hakimiyyəti "ekoloji terror"a göz yumur:

“Mən, Məhərrəmov Elşən Feruz oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Son zamanlarda Ağdaş Mərkəzi Rayon Xəstəxanasında, Yanğınsöndürmə idarəsində "ekoloji terror" həyata keçirilir. Çoxsaylı şikayətlər olsa da, İcra Hakimiyyəti bu işlə məşğul olmur. Bəlkə də işin arxasında elə özləri durur.

Qeyd edim ki, tarixi binanı sökürlər. Sözün açığı, rayonda özbaşınalıq baş alıb gedir. Tarixi binanı qoruyub, təmir edib saxlamaqdansa, sökməyi məsləhət görürlər. Həmçinin, Humanitar Kollecin həyətindəki yaşıllıqlar da məhv edilir.

Özüm 3 oğul, 1 qız atasıyam. Oğlanlarımın ikisinə ev tikdirmək üçün bələdiyyə fondundan torpaq almaq istəyirəm, amma keçmiş bələdiyyə sədrimiz icra başçısı və keçmiş müavini Əsgərxan Əsgərov ilə birləşərək, Bələdiyyənin ehtiyat fondunda olan 12 hektar torpağı qeyri-qanuni yolla satıblar. Səlahiyyətlərindən sui-istifadə edən bu məmurların özbaşınalıqlarının qarşısını alan yoxdur.

Şikayət etmədiyim qurum qalmayıb, lakin heç kəs bu işin dəqiqliyi ilə maraqlanmır. Mənə bildirirlər ki, "hara istəyirsən şikayət et, biz deyən olacaq". "Yaxşı edib satmışıq" deyirlər”.

Səlahiyyətli qurumlardan, Prezident Administrasiyasından xahiş edirəm ki, məsələ müdaxilə etsinlər, Ağdaş ermənilərin deyil, Azərbaycan torpağıdır, burada baş verən korrupsiyanın, "ekoloji terror"un qarşısı alınmalıdır".

Məsələ ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.





Paylaş:


Müəllif : Tarix:
22-02-2024, 08:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər