Bağlanmış “Çudo Peçka”nın sahibi Çingiz Cəlilov yenidən hakim qarşısında
2016-cı ildə fəaliyyəti dayandırılan və hazırda ləğv prosesində olan “Bank Standard” ASC Cəlilov Çingiz Asim oğlu barəsində məhkəmə iddiası qaldırıb.
Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin icraatına verilib.
Məhkəmə iddiasının maddi ziyanın ödənilməsi ilə əlaqəli olduğu bildirilir.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Çingiz Cəlilov artıq fəaliyyət göstərməyən “Çudo Peçka” adlı məşhur mağazalar şəbəkəsinin sahibi olub. O həm də Xalq artisti Röya Ayxanın keçmiş qayınatasıdır.
2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Çingiz Cəlilovun 12 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Məhkəmə onu CM-in 179.3.2-ci (böyük ölçüdə mənimsəmə və ya israf) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilib. İstintaq materiallarına görə Çingiz Cəlilov “Bank Standard” ASC-nin keçmiş rəhbəri Səlim Krimanla əlbir olaraq, bankdan 21 milyon 874 min manat kredit götürüblər və bu məbləğin 14 milyon manata yaxınını mənimsəyiblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-02-2024, 17:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər